Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı müğənni ilk dəfə komedik janrlı filmə çəkilir - FOTO
Tarix: 06-10-2016 | Saat: 23:34
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Azərbaycanlı müğənni ilk dəfə komedik janrlı filmə çəkilir - FOTO

Gənc müğənni Azad Seyidov “Sabirabad mişarı” adlı filmə çəkilir.

O bu haqda "Xəbəraz.az "-a danışıb:

" Sabirabad mişarı" filmindən mənə dəvət gələndə əvvəlcə çəkilə bilmərəm deyə düşündüm və sonra özümü kəşf edib əksini gördüm. Film komediya janrındadır.
Xatırladım ki, ilk dəfə komediya janrında bir filmə çəkilirəm. Film hədsiz maraqlı və gülüş doğurandır. Biz o səhnələri gülməkdən oynaya bilmədiyimizə görə, bəlkə, 50 dubla da çəkmişik (gülür). Obrazıma görə çox sevinirəm. İnşallah, çox maraqlı komediya gəlir. Hər kəsin əməyi olan bu filmdə uğurlar arzulayıram və hazırlaşın film, inşallah bütün Kino Mərkəzlərində yayımlanacaq".

Qeyd edək ki, aktyor heyətini yığan gənc aktyor Elşad Yusifovdur. Filmin baş rollarını tanınmış aktyor Teymur Məmmədov, aktrisa Telli Hüseynova ifa edir. Azad Seyidovun tərəf müqabilləri Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov, türk aktyoru İlhan Özbay, musiqili komediyanın aktyoru Elməddin Dadaşov olacaq. Rejissorluğunu Ramil Adiloğlunun etdiyi filmin bu ilin sonunda təqdim olunacağı gözlənilir.

Azərbaycanlı müğənni ilk dəfə komedik janrlı filmə çəkilir - FOTO
Azərbaycanlı müğənni ilk dəfə komedik janrlı filmə çəkilir - FOTO
Azərbaycanlı müğənni ilk dəfə komedik janrlı filmə çəkilir - FOTO


Xəbəri paylaş

1 1038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___