AZAL-da növbəti qalmaqal — Sərnişinlərlə stüardessalar arasında
Tarix: 06-10-2016 | Saat: 09:37
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında növbəti problem yaşanıb.
"Xəbəraz.az " xəbər verir ki, hadisə şahidlərinin Report-a verdikləri məlumata görə, "J2 80 79" reysi ilə hərəkət edən təyyarədə mübahisə qadın sərnişinlərlə stüardessalar arasında baş verib.
Şahidlərin sözlərinə görə, mübahisə sərnişinlərin stüardessaların birindən yerlərinin narahat olması səbəbindən qarşıdakı boş yerlərdə əyləşməyi xahiş etmələrindən sonra yaranıb:
“Təyyarədə qarşıda iki sıra boş yer var idi. Ayağında problem olan əliçəlikli qadın və yanında azyaşlı oğlu olan Aida Bayramova adlı sərnişin yerləri narahat olduğundan stüardessadan qarşıdakı boş yerlərdə keçib əyləşməyi xahiş ediblər. Lakin onlardan bu boş yerlərin əvəzi üçün 15 avro pul tələb olunub. Sərnişinlər bundan bərk qəzəblənərək boş yerə görə nə üçün pul ödəməli olduqlarını soruşduqda, onlara bunun peşəkarlıqla əlaqəli olduğu bildirilib. Onlar isə bunun peşəkarlıq deyil, qeyri-insani hərəkət olduğunu bildirdikdə, tərəflər arasında münaqişə baş verib”.
Bundan sonra bir neçə sərnişin şikayət kitabçası tələb edərək ora AZAL və onun qaydaları ilə bağlı öz narazılıqlarını qeyd ediblər. Hadisə şahidi, həmçinin onu da bildirib ki, sərnişinləri daha çox özündən çıxaran həmin boş yerlərə kiminsə pul ödəyərək öz çamadanını qoyması olub.
Xəbəri paylaş
7878 dəfə oxunub.
Digər xəbərlər

11-03-2017, 11:15
"WhatsApp"ın status özəlliyi QAYITDI - başqa adla - FOTO
21-05-2015, 14:14
Yanan binadakı uşaqlar haqda qısa film - Video
19-12-2020, 15:20
YAŞAT Fondunun adından istifadə edərək şəhid ailələri və yaralananlara edilən yardımları ələ keçirmək istəyən şəxs saxlanılıb.
8-05-2016, 00:09
İranda azərbaycanlı deputatın müəmmalı ölümü
24-05-2019, 11:05
Ağstafada 1 günə 4 hamilə xəstəxanaya gətirildi - 15 yaşları var
16-11-2015, 12:09
Bakıda intihara cəhd: - Elektrik dirəyinə çıxıb...
15-02-2016, 11:55
Adriana Lima qırmızı libasda - FOTOLAR
20-05-2015, 21:04
Mən uşaqlarıma nə deyim? Mən onlara deyim ki, yoldaşım quldurdu?”
21-03-2015, 14:05
Çox qorxuludur Çoxda Gülməlidir - VİDEO
3-06-2016, 15:59
"Xəzər"də bu verilişin yayımı dayandı