Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi
Tarix: 05-10-2016 | Saat: 20:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi

Bərdə rayonunda 5 oktyabr -Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayonun bir qrup qabaqcıl müəllimi ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etmişlər."
Xəbəraz.az " xəbər verirki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayonun ümumtəhsil və musiqi məktəblərinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Peşə liseyinin kollektivlərindən bir qrupu, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçilər iştirak etmişlər.
Tədbiri rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov açmışdır. Tədbirdə 5 saylı tam orta məktəbin müəllimi Allahverdiyeva Məfkurə, Samux kənd tam orta məktəbin müəllimi Məmmədova Samirə çıxış etmiş, müəllim əməyinə verilən qiymətə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini Fəqət Şadlinskaya çıxış edərək rayon müəllimlərini 5 oktyabr –Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər H.Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətinin uğurlarından, H.Əliyev Fondunun Prezidenti M.Əliyeva tərəfindən təhsillə bağlı həyata keçirilən coxsaylı layihələr barədə, həmçinin müəllim əməyinə dövlət səviyyəsində verilən qiymətdən və rayon müəllimlərinin qazandığı uğurlardan danışmışdır.
Sonda rayonun qabaqcıl müəllimlərindən bir qrupuna Fəxri-fərman və hədiyyələr təqdim edilmiş, məktəblilər kompozisiya ilə müəllimləri təbrik etmişlər.

Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi
Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi
Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi
Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi
Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi
Bərdə rayonunda Beynəlxalq Müəllim Gününə həsr edilmiş tədbir keçirildi


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___