Azərbaycanda yeni pasportların verilməsinə başlandı - FOTO
Tarix: 05-10-2016 | Saat: 18:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda yeni biometrik ümumvətəndaşlıq (xarici pasport) pasportunun verilməsinə başlanılıb.
"Xəbəraz.az " baku.ws-ə istinadən bildirir ki, yeni pasport həm dizayn, həm də rənginə görə əvvəlkindən fərqlənir.
Azərbaycan vətəndaşları pasportlarını dəyişdirmək üçün "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər.
Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması ilə bağlı zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Yaşı 18-dən çox olan vətəndaş üçün ümumvətəndaş pasportunun alınması və ya dəyişdirilməsi ilə bağlı dövlət rüsumu: sənəd 10 iş günü müddətinə alınırsa, 40 manat, 5 iş günü müddətinə alınırsa, 80 manat, 1 iş günü müddətinə alınırsa, 160 manat təşkil edir.
Ümumvətəndaş pasportu dəyişdirilirsə, vətəndaşda olan pasport da təqdim olunmalıdır.
Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, 30 manat məbləğində cərimə tətbiq edilir.
Qeyd edək ki, ümumvətəndaş pasportu dəyişdirilən zaman vizadan istifadə imkanının olması üçün vətəndaşda olan ümumvətəndaş pasportunun əsas hissəsi yararsız hala salınıb, vətəndaşa geri qaytarıla bilər.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

11-06-2020, 22:14
Beyons 100 milyon dollar qazanacaq
23-12-2017, 21:00
Rəşidə Behbudova Röya və Aygünə görə titulundan imtina edir
15-09-2020, 08:00
Azərbaycanda televiziya rəhbəri vəzifəsindən AYRILDI
24-05-2018, 09:15
Sərnişin qatarı yük maşını ilə toqquşdu - ölən və yaralananlar var
5-12-2022, 13:13
Elm sübut etdi: Tənbəllik – yüksək şüurun əlamətidir
24-03-2016, 11:52
Gecə saatlarında yemək yeyənlər…
23-09-2017, 16:51
"Azərbaycan işğalla heç vaxt barışmayacaq" - Məmmədyarov
14-12-2015, 10:40
Stiven Siqal “Natiq” ritm qrupu ilə - VİDEO
22-02-2018, 22:35
Bakıda müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı - Valideyn polisə şikayət etdi