ANS televiziyası yenidən fəaliyyət göstərəcək
Tarix: 05-10-2016 | Saat: 00:19
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Verilən məlumatda bildirilir ki, artıq kanal rəhbərliyi hüquqi sənədlərin hazırlığı ilə məşğuldur. Tezliklə ANS izləyiciləri yenidən sevimli kanallarına qovuşacaqlar. Kanalın əvvəlki kimi əsasən xəbərçiliklə məşğul olacağı söylənilir.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.
Lakin sentyabrın 21-də Ali Məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.
Xəbəri paylaş
8988 dəfə oxunub.
Digər xəbərlər

4-09-2017, 15:14
Küləkli hava nə qədər davam edəcək?- HAVA PROQNOZU
23-09-2016, 11:47
Ədəbiyyatımızın ədəbi əxlaq nümunəsi-Oqtay Rza
17-11-2017, 16:10
İraq İŞİD-dən təmizləndi - RƏSMİ AÇIQLAMA
26-04-2016, 13:57
“Bakı” çempionatdan qovuldu
4-12-2016, 14:43
Salyanda ata qızını niyə öldürdü? - Qarabağ əlilinin hekayəti...
25-04-2015, 00:59
Nərgiz Yaqublu bu gün dəfn ediləcək
10-02-2022, 12:37
Azərbaycanda iki rayon LƏĞV OLUNUR
17-06-2017, 11:48
Beyons növbəti dəfə ana oldu
12-06-2022, 10:44
Paltar mağazasında arvadını dostu ilə tutdu: "Səsinə qulaq asdım..." - Goranboyda şok
7-12-2015, 01:40
Rusiyadan Türkiyəyə daha bir təxribat - FOTO/VIDEO