Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Manaf Ağayev və Tacir həbs olunacaq? - VİDEO
Tarix: 4-10-2016, 21:25 | Saat: 15:47:00
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Manaf Ağayev və Tacir həbs olunacaq? - VİDEO


Tanınmış müğənnilər Manaf Ağayev və Tacir Şahmalıoğlu cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Qanun belə tələb edir. Hər iki sənətçinin ATV-nin efirində səsləndirdiyi fikirlər onları dəmir barmaqlıqlar arasına sala bilər.
Qeyd edək ki, sözügedən müğənnilər "ATV xəbər" proqramında toy məclislərində qarşılaşdıqları ağır cinayət hadisələrindən danışıblar. Bıçaqlanma, güllələnmə, ağır bədən xəsarətlərinin şahidi olduqlarını söyləyən M.Ağayev və T.Şahmalıyev tez-tez bu cür cinayət hadisələri ilə qarşılaşdıqlarını bildiriblər.

"Xəbəraz.az " bildirir ki, tanınmış hüquqşünas Müzəffər Baxış publika.az-a açıqlamasında cinayəti görüb, hüquq-mühafizə orqanlarına xəbər verməməyə görə şəxsin cinayət məsuliyyəti daşıdığını deyib: "Cinayət məcəlləsinin 307.1 maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə şəxs məsuliyyətə cəlb olunur. Həmin şəxs beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Məsələyə hər iki sənətçinin münasibətini öyrəndik.

Publika.az-a açıqlama verən Manaf Ağayev qəzəbləndi:
"Mən toya gedirəm oxumağa, "işverənliyə" getmirəm ki... Məndən soruşdular ki, Manaf müəllim, getdiyiniz toylarda heç dava-zad olur? Mən də dedim ki, ən çox dava oynamaq üstündə olur. Kənddə bir də görürsən toyda dava düşür, bir-birlərinə yaba vururlar, bıçaqlaşırlar, söyüş söyürlər. Neçə il bundan əvvəlin söhbətini eləyirəm e, təzə xəbər deyil. İkincisinə də qalanda, toy yiyəsi gedib kimisə tutdursun, mən niyə tutdurmalıyam ki? O hüquqşünasa da deyin ki, qardaş, cinayət törədən adam həmin vaxt tutulub, çöldə gəzməyib. Heç mənim də gedib işverənlik eləməyimə ehtiyac olmayıb. Min nəfər toyda iştirak edir, susur, amma mənə deyirlər ki, sən niyə polisə xəbər vermirsən? Heç söhbət deyil e, ağzını açıb, bir kəlmə söz danışırsan, düşürlər üstünə. Günah özümdədir. Adama deyərlər nəyinə lazımdır, kim-kimi vurdu, kim-kimlə davalaşdı. Get efirə, sənətindən danış, çıx gəl evinə də".

Müğənni Tacir Şahmalıoğlu da od püskürdü:
"Əşşi, mən sovetin vaxtında rastlaşdığım hadisələrdən danışıram. Üstündən 30 il keçib. Məndən soruşdu ki, toyda nə üstə dava düşür. Dedim oynamaq üstündə. İndi bu sözümü əllərində bəhanə tutub, düşüblər üstümə. Nəyimə lazımdır gedib kimisə tutdurum? Mən müğənniyəm. Toya adam tutdurmağa gedirəm, yoxsa, oxumağa? Cinayət törədən adamı onsuz da çöldə qoymurlar. Tutub basırlar içəri. Mən desəm də, deməsəm də".


8448 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
____ Instagram ___