Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı gəncin inanılmaz gücü - Video
Tarix: 04-10-2016 | Saat: 15:48
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Azərbaycanlı gəncin inanılmaz gücü - Video


Əşyaları və insanları toxunmadan hərəkətə gətirə bilir.
"Xəbəraz.az " xəbər verir ki, ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Bir şeyə toxunmadan onu necə hərəkətə gətirmək olar? Telekinesis - maddi varlıqlara təmas etmədən onlara təsir etmə bacarığıdır. Bu, iki böyük gücün birliyində özünü göstərir: düşüncə və enerji.

Bakı şəhər sakini, 22 yaşlı Toğrul Həsənov da öz enerjisini kəşf edərək, ondan yararlana bilən bir telekinesis fenomenidir. Hər halda özü belə iddia edir:

"18 yaşımdan meditasiya ilə məşğulam.Telekinesislə internetdə tanış oldum. Daha sonra bunun doğru olub olmadığını yoxlamaq istədim".

Müxtəlif əşyalara toxunmadan onları hərəkətə gətirmə bacarığını lentə alaraq sosial şəbəkələrdə paylaşan Toğrul bununla diqqətləri özünə yönəldə bilib.

Bütün bunların necə baş verdiyini öz gözlərimizlə görmək üçün Toğrulu enerji burulğanına dəvət etdik. O, öncə ən sadə mərhələdən başladı. İynənin ucuna kiçik kağız parçası keçirərək onu əlləri ilə hərəkətə gətirdi.

Buna baxan adamda belə bir fikir yarana bilər: bəlkə, kənardan hansısa formada müdaxilə var? Toğrul bu şübhəyə son qoymaq üçün qarşısındakı kiçik obyekti şüşə balonun içinə salır. Bu dəfə də əllər işə düşür. Düşüncə ilə enerjinin vəhdətini yaradan Toğrul şüşə qəfəs içində də öz istəyinə nail olur.

Daha sonra enerji nümayişi plastik stəkanla davam edir. "Pəncərə"nin çəkiliş qrupu canlı şahiddir ki, kənardan heç bir fiziki təsir yoxdur, əvəzində hərəkətə gələn əşya var.

Toğrulu daha çətin sınaqla üz-üzə qoyuruq. Bu dəfə ona insanı hərəkətə gətirmək təklif olunur. Qara paltarlı gənc etiraz etmir. Sınaq üçün məhz öz əməkdaşımızı seçirik ki, həm özümüzdə, həm də tamaşaçıda hər hansısa bir şübhə yeri qalmasın. Bizə bu işin nə qədər doğru olub olmadığı hər şeydən daha önəmlidir.

Toğrul yenə ənənəvi manevrlə hərəkətə keçir. Bu dəfə hədəf canlı insandır. İnsanı yerindən tərpətmək bir o qədər də ağlabatan görünmür. Amma gözləntilərimizin əksi baş verir. Gənc operator köməkçisi özü də bilmədən və istəmədən gah irəliyə, gah da geriyə doğru hərəkətə gəlir. Bütün bunlar gözümüzün qarşısında baş verir və bizi heyrətə gətirir.

Bu fenomenal güc nədən doğur? Toğrul iddia edir ki, hər kəs özündə bu gücü kəşf edib inkişaf etdirə bilər.

Beləliklə, bu sehirli adam öz qaranlıq dünyasında və geyimində onu əbəs yerə işıqlandırmadığımızı sübut etdi. Sözün hər mənasında əllərindən gələni edən Toğrul onu da əlavə etdi ki, bu sahədə son hədd yoxdur. Öz üzərində işləyərək, daha da fenomenal güc nümayişinə nail olmaq olar. Yetər ki, istəyin olsun.

Qeyd edək ki, "Pəncərə" verilişi hər şənbə və bazar günləri saat 20:00-da ARB TV-də yayımlanır.




8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___