Uşaq hər gün 7 ədəd qoz yesə…
Tarix: 01-10-2016 | Saat: 20:17
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Şagird və tələbələrin təhsil həyatındakı müvəffəqiyyətində sağlam qidalanmanın böyük əhəmiyyəti var. Türkiyəli dietoloq İşın Sayın bu baxımdan qozun uşaqların zehni inkişafında əvəzsiz rol oynadığını deyib.
Uşağın böyüməsi, inkişafı və dərs müvəffəqiyyəti baxımından sağlam qidalanma vərdişlərinin vacibliyini vurğulayan mütəxəssis uşaqların məktəb uğurlarını artırmaq üçün onlara hər gün 7 ədəd qoz yedirtməyi məsləhət görür. Aile.lent.az mütəxəssisin fikirləri ilə sizi də tanış edir.
Hər gün nizamlı olaraq 7 ədəd qoz yeyilməsi vacibdir. Qozda olan lazımlı yağ turşuları böyüklərdə yaddaşı qoruyur, uşaqlarda isə beyin funksiyalarını dəstəkləyir: "Qozda olan B vitamini sinir hüceyrəsinin sağlamlığı üçün lazımlıdır. Dəmir və sink də yaddaş və beyin funksiyaları üçün əhəmiyyətli minerallardır. Bunların hamısı qozun tərkibində olduğu üçün məktəbli uşaqların dərs müvəffəqiyyəti və zehni inkişafı üçün vacibdir. Sağlam zehni inkişaf üçün uşaqlarınızın məktəb çantasından 7 ədəd qozu əskik etməyin".
Həkimin sözlərinə görə, qozun ləpəsini yox, qabıqlısını almaq daha yaxşıdır. Qabıqdan təmizlənmiş qoz uzun müddət piştaxtalarda qaldıqda, havayla təmas müddəti uzandıqca faydasını itirir, qoxu və dad dəyişikliyi yaranır. Qovrulmuş qozlar isə yüksək istiliyə məruz qaldığı üçün qida dəyərini əhəmiyyətli dərəcədə itirir.
Xəbəri paylaş
7948 dəfə oxunub.
Digər xəbərlər

4-09-2015, 15:15
Azərbaycan Ordusu daha bir itki verdi
28-05-2022, 10:43
Gülşən Bakıda səhnəyə bu geyimdə çıxdı - FOTOREPORTAJ
4-05-2016, 00:35
İŞİD-in bazası vuruldu
18-05-2018, 09:59
“Yaxınlıqda kimsə olsaydı, 1 saata xilas ola bilərdilər” - Peşəkar dağçı alpinistlərlə bağlı danışdı
22-02-2016, 12:24
NASA Marsda kartof yetişdirməyə hazırlaşır
11-02-2023, 11:05
Türkiyədə dağılan binalara görə 4 nəfər həbs olundu
9-03-2017, 21:15
Bayramda qəbir üstünə səməni aparmağın dinlə nə əlaqəsi var?
17-01-2016, 14:09
Qadının sürdüyü cip aşdı: ölən və yaralananlar var
29-03-2017, 20:25
Elnur Nağızadənin fotosu "Axtarışda olanlar"ın siyahısında - FOTO
16-01-2019, 21:34
Bakıda zəlzələ olacaq?-RƏSMİ AÇIQLAMA