Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada azərbaycanlılar erməninin maşınını qaçırdılar
Tarix: 21-05-2015 | Saat: 21:33
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiyada azərbaycanlılar erməninin maşınını qaçırdılar
Onlar rasında mübahisə baş verib.

Xeberaz.az oxu.az-a istinadən xəbər verir ki, polisdən verilən məlumata əsasən, hadisə may ayının 8-də səhər saat 4 radələrində Peşestreletski küçəsində baş verib. Azərbaycan və Ermənistandan olan vətəndaşlar arasında mübahisə baş verib. Mübahisə sonradan davaya çevrilib.

Hücum edənlərdən biri rəqibinə bıçaqla zərbə endirib, sonra isə onu qarət edib və kişiyə məxsus “Toyota” markalı maşını qaçırıb. Hadisə yerinə gələn polislər, hücum edən şəxslərdən birini saxlayıblar, ikinci isə hadisə yerindən qaçaraq gizlənə bilib.

Hüquq mühafizə orqanları şübhəlinin şəxsiyyətini aydınlaşdırıblar və onun şəhərdən çıxaraq Voronejin rayonlarının birində gizlənməyə çalışdığı aşkar edilib. May ayının 20-də polislərə “Ford Fokus” avtomobili haqqında məlumat daxil olub, bu maşında şübhəli bilinən ola bilərdi.

Kursk trasında YPX postunda növbədə olan YHTDM (Yol hərəkəti təhlükəsizliyi üzrə dövlət müfəttişliyi) əməkdaşlarına təsvirə uyğun olan avtomobilin Voronej istiqamətində hərəkət etdiyi barədə məlumat verilib. Polislər maşını saxlamağa çalışıb, amma sürücü inspektorun tələbinə məhəl qoymadan sürəti artıraraq yoluna davam edib. Şübhəli avtomobil təqib edilib və “Ford Fokus” şəhərin girişində saxlanılıb.

“Şübhəli şəxs saxlanılıb, indi o, Rusiya Federasiyası PCM-nin 91-ci maddəsinə müvafiq olaraq nəzarət altındadır”, - Voronej vilayəti üzrə DİN Dövlət İdarəsinin mətbuat xidmətindən bildirilib.

Cinayət işinin araşdırılması davam edir.



4248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___