Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səidə Sultanın produserini öldürməkdə təqsirli bilinən şəxsə 18 il HƏBS TƏLƏBİ
Tarix: 28-09-2016 | Saat: 10:51
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Səidə Sultanın produserini öldürməkdə təqsirli bilinən şəxsə 18 il HƏBS TƏLƏBİ
Tanınmış müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətldə təqsirləndirilən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tətbiqi mərhələsi keçirilib. Bundan sonra prosesdə məhkəmə istintaqının başa çatdığı bildirilib. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışı zamanı Yusif Mirzəyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il Yasamal rayonu Zahid Xəlilov küçəsində baş verib. Hamlet Cahangirov mənzilində bıçaqlanaraq öldürülüb.Hüquq mühafizə orqanlarının apardığı əməliyyat-axtarış nəticəsində H. Cahangirovu qətlə yetirməkdə şübhəli bilinən Yusif Mirzəyev saxlanılıb.
Öldürülən Hamlet Cahangirov bir vaxtlar Səidə Sultanın prodüseri çalışıb.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___