Qan üçün ən vacib vitamin
Tarix: 23-09-2016 | Saat: 19:38
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Fol turşusu (B9 vitamini) 1931-ci ildə aşkar olunub və 1945-ci ildə laboratoriya şəraitində sintez olunub. Vitamin ilk olaraq ispanaq və cəfəridə tapılıb.
Məhz bu səbəbdən ona fol turşusu ("folium" - yarpaq deməkdir) adı verilib.
Bu vitamin qan-damar sistemi üçün ən vacib vitamin sayılır. Fol turşusu qanyaratma proseslərdə iştirak edir, qaraciyər və bağırsaqalrın sağlamlığını qoruyur, qaraciyərdə piylənmənin inkişafının qarşısını alır, immun sisteminə müsbət təsir edir.
Fol turşusunun qəbulu hamiləlik zamanı uşaqda ağır sinir sistemi qüsurlarının inkişafının qarşısını alır. Həmçinin fol turşusu vaxtından əvvəl doğuşların da qarşısını alır. Bu səbəbdən fol turşusunu hələ hamiləliyin planlaşdırılması dövründə və sonra da bütün hamiləlik boyu qəbul etmək çox vacibdir.
Fol turşusu anemiyanın (qanazlığı) müalicəsində istifadə olunur. Bu zaman fol turşusu həblər şəklində təyin olunur.
Qanazlığının profilaktikası üçün qidalanmaya tez-tez bu vitaminlə zəngin olan qidaları daxil etmək lazımdır.
Fol turşusu ilə zəngin olan məhsullar bunlardır:
- cücərdilmiş buğda
- ispanaq
- kahı
- cəfəri
- kələm
- çərəzlər (qoz, fındıq, badam, keşyu və s.)
- göbələk
- çuğundur
- balqabaq
- xurma
- yumurtanın sarısı
- süd və süd məhsulları
- ət, qaraciyər.
Nəzərə almaq lazımdır ki, bişirilmə zamanı fol turşusu dağılır. Bu səbəbdən fol turşusu ilə zəngin olan tərəvəzləri və göyərtiləri mümkün qədər çiy şəkildə yemək lazımdır.
Saglamolun.Az
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

28-07-2018, 11:28
Bakıda eyvanda paltar asan qadın yerə yıxılıb
26-03-2023, 10:32
Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslər 3 gün ərzində çölə çıxmasın - VİDEO
24-10-2020, 12:12
Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat etdi
8-05-2017, 11:04
Qardaşı tərəfindən bıçaqlanaraq öldürülən Nigarın görüntüləri (FOTO)
6-09-2021, 13:16
Azərbaycanda açıq məkanlarda maskadan istifadə məcburi olacaq
8-10-2019, 14:22
Anar Nəcəflinin efirdə ciddi səhvi - Video
22-07-2017, 14:06
Ağsuda dəhşətli hadisə: iki azyaşlı öldü
15-04-2017, 16:53
Bu ayə nazil olanda, bütlər yerə düşdü