Rəqsanə Elzanın cavabını verdi: "Anam dedi, ona baş qoşma"
Tarix: 21-09-2016 | Saat: 12:54
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər
Bir neçə gün öncə əməkdar artist Elza Seyidcahanın müğənni Rəqsanə İsmayılova barəsində söylədiyi tənqidi fikirlər cavabsız qalmayıb. R.İsmayılova bildirib ki, anasıona Elzaya baş qoşmamasını deyib: “Neçə gündür, məni istəyən dəyərli dostlarım yazır ki, niyə Elza Seyidcahana cavab vermirəm?! Bu həyatda hər birimiz qonağıq. Allah bizə göz, ağıl, dərrakə verib. Elza Seyidcahan anadır və iki övladı var, onu istəyən insanlar var. Əgər o xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün olmaz. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik, bir millətik. Düşmən deyilik ki, bir-birimizi qıraq, incidək. Mən bu haqda Elza xanımın özünə yazdım ki, heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahdandır. Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. İki övladım var, onları və ailəmi düşünürəm. Yaraşmır ki, bu yaşımızdan sonra qalmaqal edək. Həyatda bir insanın qəlbini qırmaq lazım deyil. Onsuz da səhvimiz çox olur. Elza xanımın etdiyi günahı, səhvi Allah bağışlasın. O da, mən də xanımıq, Azərbaycan qadınıyıq. Anamın fikirləri mənim üçün çox önəmlidir. O, mənə dedi ki, bala, nə deyib Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin, siz də mənim fikirlərimi yaxşı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir. Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar, Allah ruzilərini versin. Bizim bir düşmənimiz var, o da ermənilərdir".
Qeyd edək ki, E.Seyidcahan R.İsmayılova barəsində bu sözləri demişdi: “Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşınalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir".
Xəbəri paylaş
8138 dəfə oxunub.
Digər xəbərlər

21-06-2022, 12:18
Səidə Sultan: "Qaçqınçılıq düşməsəydi, şəhər kəndə çevrilməsəydi, musiqi zövqümüz korlanmazdı" - VİDEO
3-09-2020, 21:20
Avropada erməniyə görə 22 il həbs cəzası alan nardaranlı
13-08-2023, 12:21
Yayda dönər və şaurma yeməyin ziyanı – Yuxu problemi və diş ağrısı...
6-12-2020, 11:40
Rusiya növbəti heyəti Qarabağa göndərdi
31-08-2018, 19:36
Geyimi ilə gəlini kölgədə qoydu - FOTO
13-03-2021, 22:57
Türkiyənin yeni silahı: “Patriot”lardan üstün olacaq
21-12-2021, 10:56
"Ərdoğan danışır, dollar bahalaşır" deyənlər... - Başbuğ
4-10-2020, 07:34
ATƏT rəsmisindən Ermənistana qarşı sanksiya çağırışı
15-06-2019, 17:05
Nazilədən Xoşqədəmə: "Gələndə özünlə iki "kub" narkoz götürərsən.."
16-04-2018, 10:59
İrəvan qarışdı: əhali mərkəzi yolları bağladı... - Video