Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suriyada humanitar karvan atəşə tutulub: 12 ölü - YENİLƏNİB
Tarix: 20-09-2016 | Saat: 10:20
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Suriyada humanitar karvan atəşə tutulub: 12 ölü - YENİLƏNİB

10:15

Suriyada BMT və Suriya Qırmızı Aypara Cəmiyyətinin humanitar yardım daşıyan maşın karvanı Amerika aviasiyasının zərbələrinə tuş gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, karvan Hələb və Homsda 160 mindən artıq insana yardım daşıyırdı.

BMT-nin məlumatına görə, hücuma 31 yük maşınından 18-i məruz qalıb.

Suriya İnsan Haqlarının Monitorinqi İnstitutu hava hücumu zamanı 12 nəfərin həlak olduğunu deyib.

Artıq Dövlət Departamentinin rəsmisi Con Kirbi faktla bağlı dərin hiddətini bildirib və maşın karvanının marşrutunun Suriya və Rusiya tərəflərinə məlum olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, insidentdən sonra Amerika tərəfi Rusiya ilə Suriya münaqişəindəki tərəfdaşlıq perspektivinə yenidən baxacağını deyib.

---------

07:38

Suriyanın Hələb əyalətinə gondərilən BMT-nin humanitar karvanı atəşə tutulub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

Hadisə nəticəsində ölən və yarlıların sayı barədə rəsmi məlumat verilməyib.



5008 dəfə oxunub.

Digər xəbərlər
02-07-2022
bütün xəbərlər
____ Instagram ___