Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkilindən həkim qətllərinə - Sərt etiraz
Tarix: 20-09-2016 | Saat: 09:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Millət vəkilindən həkim qətllərinə - Sərt etiraz

Düzdür, Azərbaycanda sırf səhlənkarlığa görə insan ölümünə səbəb olan həkimlər mütləq qaydada qanunamüvafiq olaraq cəzalandırılırlar. Ancaq iş o yerə gəlib çatıb ki, hətta qanunda müvafiq dəyişiklər edilsə, yəni səhlənkarlığa görə cəzaların müddəti qaldırılsa belə, bu, problemin tam həllinə gətirib çıxarmayacaq. Bu məsələnin cəmiyyətdə çox geniş şəkildə təbliği vacibdir. Problemin kökündən həlli üçün artıq hərəkətə keçmək lazımdır.

Bu barədə Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev danışıb. Millət vəkili günümüzün vacib problemi olan məsuliyyətsiz, savadsız və səhlənkar həkimlərin ucbatından artan insan ölümlərinin qarşısının alınması yollarından söz açıb:

“Əsas məsələ ondan ibarətdir ki, həkimliyə iddialı olan insanlar təhsil zamanı daha ciddi tələb və yanaşma ilə üzləşməli, həkimlik adını qazanmaq üçün böyük yollardan keçməlidirlər. Hesab edirəm ki, bu işlə daha təcrübəli, savadlı həkimlər məşğul olmalıdırlar. Çıxış yolu təkcə cəzaların artırılmasında deyil, eyni zamanda, çox güclü təbliğatın aparılmasındadır. Bir millət vəkili kimi bu məsələ məni olduqca narahat edir. Təəssüflər olsun ki, Tibb Universitetində təhsilin səviyyəsi, gələcəyin peşəkar həkim hazırlığı və onların bu işə peşəkar kimi qəbul səviyyəsi çox aşağıdır. Məhz bu səbəb həkim səhlənkarlığı nəticəsində artan ölüm hadisələrini adi bir hala çevirib və bu gün cəmiyyəti çox aktual bir problemlə üz-üzə qoyub”.

R.Rzayev bildirib ki, həkim tərəfindən insan həyatına səhlənkar yanaşma çox ciddi şəkildə qaldırılmalı, bu işdə hüquqi prosesin təşkili ilə yanaşı, təhsilin səviyyəsi də təkmilləşdirilməlidir:

“Daha təcrübəli həkimlər bu ada layiq olmalıdır. Bu gün Prezidentin səyləri nəticəsində Azərbaycanda dünyanın heç bir yerində olmayan şərait yaradılıb, yeni xəstəxanalar tikilib və ya yüksək səviyyədə təmir edilib, ən müasir avadanlıqlar alınıb. Təəssüflər olsun ki, həkimlərimiz bu şəraitə uyğun deyillər. Bu olduqca narahatlıq doğurur. Cəzalar artırıla bilər, ancaq bu, zərərçəkənin sağlamlığını və həyatını itirən insanı geri qaytarmayacaq. Bütün bunlar özbaşınalıq və təhsildən kənarda qalmağın nəticəsidir. Azərbaycanda hazırda hüquqi proseslər kifayət qədər təkmilləşib. Cəzaların artırılması ilə yanaşı, məsələyə həkimlərin təhsilinin inkişaf etdirilməsi prizmasından baxılması problemin həllində mühüm rol oynayar”.

Qeyd edək ki, son günlər sırf həkim səhlənkarlığı ucbatından artan ölüm halları həkimlərin maddi məsuliyyəti ilə bərabər, cinayət məsuliyyətinin artırılmasını zəruri edir. Hazırda Azərbaycan Cinayət Məcəlləsindəki 124-cü maddənin (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) 1-ci bəndinə görə, bir insanı ehtiyatsızlıqdan öldürmə ən çoxu üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Professor, hüquqşünas F.Mehdiyev bildirir ki, CM-in 124-cü maddəsinin əskik tərəfi həkim səhvinin dərəcəsini nəzərə almadan, ağır ehtiyatsızlıq formalarında belə maddi cərimədən başlayıb, ən çoxu 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutmasıdır. Onun sözlərinə görə, bu maddənin ədalətli cəza hissəsi, CM 263.2-də olduğu kimi, azı 2 ildən başlamalı və 6 ilə qədər qaldırılmalıdır.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___