Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
161 saylı orta məktəb bağlandı
Tarix: 19-09-2016 | Saat: 21:35
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

161 saylı orta məktəb bağlandı

Yeni tədris ilindən Bakıda fəaliyyət göstərən Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin fəaliyyəti dayandırılıb.

"Xəbəraz.az " -ın xəbərinə görə, 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.

Məktəbdən fakt təsdiqlənib və bildirilib ki, bu ildən məktəbə qəbul dayandırılıb və bağlanıb. Müəllimlər öz dərs saatlarına uyğun olaraq digər məktəblərə yerləşdirilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, idarədə hazırda mövcud məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir. Şəbəkənin rasionallaşdırılması işi qarşıdakı illərdə də davam etdirilməlidir.

Qeyd olunub ki, son illərdə ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Bununla yanaşı, Bakıda meqapolisin inkişaf istiqamətlərinin bir sıra hallarda mövcud məktəb şəbəkəsinin imkanları ilə üst-üstə düşməməsi halları da müşahidə edilir. Şəhərin müxtəlif yaşayış massivlərində qeyri-bərabər məskunlaşma nəticəsində Binə, Binəqədi və Sulutəpə kimi yaşayış qəsəbələrində şəbəkədə həddən artıq sıxlıq yaranıb.

Bu il elektron qeydiyyat sistemi vasitəsilə I sinfə qəbul prosesi Bakıda problemli ərazilərin müəyyənləşdirilməsinə imkan yaradıb. Təhlil göstərir ki, məktəbə qəbulla əlaqədar Təhsil İdarəsi və Təhsil Nazirliyinə müraciətlərin böyük əksəriyyəti məhz həmin ərazilərlə bağlıdır. Yaxın günlərdə məktəbə qəbul prosesi başa çatdıqdan sonra Təhsil Nazirliyinə bu istiqamətdə müvafiq təkliflər təqdim ediləcək.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___