Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb
Tarix: 17-09-2016 | Saat: 20:22
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb

Azərbaycanda işsizliyin səviyyəsi açıqlanıb

2016-cı il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 970,7 min nəfər olub, onlardan 4 milyon 724,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,8 min nəfər, qeyri-dövlət sektorunda isə 632,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,9%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,1%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%- inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2016-cı ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,3 saat təşkil edib.

2016-cı il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,4 min nəfər olub, onların 37,8%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,8 manat olub.



4728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___