Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı ermənisi Ermənistanın iç üzünü açdı – Video
Tarix: 17-09-2016 | Saat: 20:13
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

 Bakı ermənisi Ermənistanın iç üzünü açdı – Video

Azərbaycandan köçərək Ermənistanda məskunlaşan Stella Arutunyan hakimiyyətin iç üzünü açıb.

"Xəbəraz.az " xəbər verir ki, Arutunyan indiyə qədər onun xaricə getməyinə izn verilmədiyini bildirib. Onun sözlərinə görə, hazırkı Sərkisyan rejimi məhz Azərbaycandan gələn ermənilərdən istifadə edərək qaçqınların adı ilə xarici təşkilatlardan külli miqdarda pullar əldə edir:

“Ermənistan hökuməti bütün xarici səfirliklərə tapşırıq verib ki, Azərbaycandan olan qaçqınlar ölkədən buraxılmasın. Onlar da BMT konvesiyaları əsasında yox, Ermənistan hökumətinin tapşırığı ilə hərəkət edirlər. Mən 5 ölkənin səfirliyində oldum. Onlardan birində səfirliyin əməkdaşı dedi ki, nə qədər qaçmağa cəhd etsən, o qədər də qadağa olacaq. O dedi ki, əgər getmək istəyirsənsə, o zaman qeyri-leqal yolla ölkədən get”.

Arutunyan həmçinin hazırkı ölkəsində yerli ermənilərlə xaricdən gələn ermənilər arasında fərqlərin olduğunu bildirib:

Biz yerli ermənilərlə bir yerdə yaşaya bilmərik. Bu, mümkün deyil. Hətta mən suriyalı ermənilərdən daha çox istilik görürəm. Burada isə hamı sənə yad, uzaqdan gəlmə kimi baxır. Azərbaycanda isə hər şey fərqli idi. Əgər siz bir probleminizin olduğu barədə hansısa azərbaycanlıya yaxınlaşıb desəydiniz, o, dərhal sizin problemi həll etməyə çalışacaqdı. Ermənistanda isə bu, başqa cürdür. Yerli ermənilərə probleminizi desəniz o, vəziyyətdən istifadə edib, sizi tapdalamaq üçün fürsət gözləyəcək".axar.az



Xəbəri paylaş

9268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___