Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Dostluq” parkının ərazisini satan şəxs məhkəmə zalında həbs edildi
Tarix: 16-09-2016 | Saat: 20:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Dostluq” parkının ərazisini satan şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Tərlan Hüseynovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edərək məhkəmə istintaqının təzələnməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və İ. Həsənovadan müdafiə çıxışı etməsini istəyib. Tərlan Hüseynov isə vəkilindən imtina edib. İ. Həsənova bildirib ki, müvəkkili ondan imtina etdiyi üçün çıxış edə bilməz. Bundan sonra hakimlər müşavirəyə gedib.

Müşavirədən sonra zamində olan Tərlan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb. O, məhkəmə zalında həbs edilib.

Proses sentyabrın 19-da davam edəcək(APA).

Qeyd edək ki, ötən prosesdə prokuror çıxış edərək Etibar Məmmədovun 11 il, Famil Quliyev 10 il, Tərlan Hüseynovun isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Xatırladaq ki, prezident İlham Əliyev "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib.

Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanıb. Bundan sonra cinayət işi açılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları Tərlan Hüseynovu istintaqa cəlb ediblər. T. Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Xətai rayon Məhkəməsinin qərarı ilə T. Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. Sonradan onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bir müddət sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Famil Quliyev və Səbail rayonu Bibiheybət Bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.


Xəbəri paylaş

7308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___