Hadi Rəcəbli: “Dilənçilik biznesi meydana gəlib”
Tarix: 16-09-2016 | Saat: 20:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son zamanlar paytaxt küçələrində dilənçilərin sayı artıb
Ancaq onların bəziləri, təmiz geyimləri, mədəni danışığı ilə fərqlənir.
Onlar insanlara yaxınlaşır, pul qabının evdə qaldığını, ayaqlarının şişdiyini və digər sözlərdən istifadə edərək 1 manat istəyirlər. 1 manatdan aşağı məbləğli pullara isə demək olar ki, yaxın durmurlar.
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az-a fikirlərini bildirib.
Deputatın sözlərinə görə, son vaxtlar Bakıda dilənçilik biznesi meydana gəlib.
“ Bu adamlar nəyəsə ehtiyacı olduqları üçün deyil, dilənçilik biznesinin nümayəndəsi kimi pul dilənirlər. Onlara şəhərin hər yerində rast gəlmək olur. Özlərini Qarabağ əlili, az təminatlı ailələr kimi göstərərək və yaxud ailələrində xəstənin olduğunu bildirərək pul dilənirlər. Onlara qarşı hüquq-mühafizə orqanları xüsusi tədbirlər görür, dilənçiliyin qarşısını almaq üçün müəyyən addımlar atılır”.
Hadi Rəcəblinin sözlərinə görə, Azərbaycana çox sayda turist gəlir, ona görə də belə neqativ halların qarşısının alınması vacibdir.
“Ancaq bu, təkcə hüquq-mühafizə orqanlarının işi deyil, əhalimiz də dilənçilərə pul verməməli və onlarla mübarizə aparmalıdır. Bu məsələ mətbuatda işıqlandırılmalı, dilənçilərin şəkilləri çəkilib saytlarda nümayiş etdirilməlidir ki, hamı tanısın”.
Xəbəri paylaş
7438 dəfə oxunub.
Digər xəbərlər

2-10-2015, 13:02
Xoşqədəmin bədbəxt etdiyi alman qızı
16-04-2016, 23:45
Tabutu mənə görə 4 dəfə geri qaytardılar – Mir Şahin
22-05-2020, 04:18
KONFRANSDA YATAN BAYRAM,-Jurnalistin şeiri
4-11-2016, 15:05
Azərbaycanlı müğənni pula görə Türkiyədə soyunacaq - FOTOLAR
12-03-2019, 15:24
“Prezidentin tapşırığı uşaqpulunun mərhələli şəkildə bərpası deməkdir”
31-07-2016, 10:51
Bakıda marşrut avtobusu qəza törətdi: ölən var
13-06-2017, 16:10
Bakıda orta məktəbdə valideynlər arasında DAVA - ÜRƏYİ GETDİ
2-09-2021, 12:41
“Kefimdən yox, zülmümdən evlənirəm” - Şahbaz Quliyev