Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah yağış yağacaq
Tarix: 15-09-2016 | Saat: 14:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah yağış yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 24-26 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinə gəlincə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.


Xəbəri paylaş

7818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___