Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BMT-dən Azərbaycanla bağlı çağırış
Tarix: 15-09-2016 | Saat: 14:14
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

BMT-dən Azərbaycanla bağlı çağırış


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ermənistanın təcavüzü nəticəsində qaçqın düşmüş azərbaycanlıların hüquqlarının pozulması məsələsinə məhəl qoymaması yolverilməzdir.

Report xəbər verir ki, bu barədə Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların ofisindəki daimi nümayəndəliyinin BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən 33-cü sessiyası zamanı səsləndirilən bəyanatında deyilib.

"Beynəlxalq ictimaiyyət BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələrlə artıq bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının geniş miqyasda pozulması məsələsinə dair birmənalı mövqeyini ifadə edib. Bu qətnamələrdə BMT-nin baş katibi və Katibliyinin qarşısına qaçqın və məcburi köçkünlərin ümumi vəziyyəti ilə məşğul olmaq tapşırığı qoyulub", - nümayəndəliyin bəyanatında bildirilib.

Azərbaycan nümayəndə heyəti İnsan Hüquqları üzrə Ali Komissarlığın 20 il ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının geniş miqyasda pozulmasına susmasına görə, təəssüf hissi keçirdiklərini vurğulayıb.

"Toplanmış çoxsaylı sübutlar və faktlar var. O cümlədən ATƏT və BMT QAK nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfərlər zamanı da bu sübut və faktlar ortaya qoyulub. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT-nin Baş Assambleyasının, Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Bu qətnamələr azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulduğunu əks etdirir", - bəyanatda qeyd olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarın müxtəlif münaqişələr üzrə BMT sənədlərinə istinadən edərək yaydığı yazılı bəyanatında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı heç bir BMT sənədini qeyd etməməsindən narahatlığını ifadə edib.

"BMT Ali Komissarının bu cür fərqli yanaşması Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra sənədlərin olmasına məhəl qoymamaqdır və bu, yolverilməzdir", - daimi nümayəndəliyin bəyanatında vurğulanıb.

Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində insan hüquqları məsələsini diqqət mərkəzində saxlamağa və BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə uyğun olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticəsi kimi azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının geniş miqyasda pozulmasına lazımi diqqət ayırmağa çağırıb.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının iclasında çıxışı zamanı Ali Komissar Krım, Abxaziya və Dağlıq Qarabağı qeyd edərək, beynəlxalq hüquq çərçivəsində bu ərazilərin işğal edildiyini vurğulamayıb. O, yalnız Fələstin torpaqlarına münasibətdə "işğal" sözündən istifadə edib.


Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___