Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ”a rəqib olmaq sevindirici deyil”
Tarix: 14-09-2016 | Saat: 21:02
Bölmə:Karusel / İdman | çapa göndər

“Qarabağ”a rəqib olmaq sevindirici deyil”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Çexiyanın “Slovan” klubunu qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, oyundan öncə “Slovan”ın baş məşqçisi Yindrix Trpişovski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna çox ciddi hazırlaşmışıq. Bakı çox gözəl şəhərdir. İlk təəssüratlarım budur.

- Lukaş Pakorninin yoxluğunu hiss edəcəksiz?

- Əlbəttə hiss ediləcək, ancaq bu, olan şeydir. Onun boşluğunu doldurmağa çalışacağıq.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Milan Baroşa xüsusi diqqət ayrılacağını bildirdi. Bəs, siz “Qarabağ”dan kimə xüsusi diqqət ayıracaqsız?

- “Qarabağ”ın oyunlarına çox baxmışıq. Son illərdə qat-qat gücləniblər. Çalışacağıq ki, topu özümüzdə çox saxlayaq. “Qarabağ”a irəlidə oynamağa çox imkan verməməliyik.

- Cəza müddətiniz bitdi. Oyunu tribunada deyil, meydanda izləyəcəksiz. Özünüzü necə hiss edirsiz?

- Bu, mənim üçün xoşagəlməz hal idi. Sevindiricidir ki, oyunun içində olacam. Komandama daha yaxın olacam.

- “Qarabağ”la rəqib olduğunuz üçün sevinirsiz, yoxsa əksinə?

- Güclü rəqibdirlər. “Qarabağ”la rəqib olmaq sevindirici hal deyil. Çalışacağıq ki, qələbə qazanaq.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___