Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Orucluq vaxtı qızı blokda öpdü, yaxınlaşıb dedim ki...” - İki gəncin qanlı davası
Tarix: 12-09-2016 | Saat: 13:40
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

“Orucluq vaxtı qızı blokda öpdü, yaxınlaşıb dedim ki...” - İki gəncin qanlı davası
Bakı Ağır Cinayətlər Məhkəməsində məhlələrinə qızla gələn şəxsi qətlə yetirən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən ilkin baxış iclası baş tutub.

Təqsirləndirilən K.Həsənzadə sərbəst ifadə verərək hadisə barədə danışıb: "Orucluq vaxt idi, gecə saat 4 olardı, imsakı gözləyirdik. Nazim bizim binaya təzə köçən qızla gəldi, onunla sağollaşanda blokda qızı öpdü. Mən də ona yaxınlaşıb bu etdiyinin düzgün olmadığını dedim. Mənə əhəmiyyət vermədən getmək istədi, buna görə mübahisəmiz düşdü. Dedi gözlə maşından silahı götürüb gəlirəm. Mən də o gəlincəyə qədər özümü müdafiə etmək üçün maşınımdan bıçağı götürdüm. Nazim əlində bita ilə gəldi, məni vurmağa başladı. Bir neçə yerdən zədə alıb özümü itirdim. Bundan sonra Nazimə sayını bilmədiyim qədər bıçaq vurmuşam. Uşaqlar bizi aralaşdırdı, Nazimi xəstəxanaya apardıq. Mən evə qayıdıb atama dedim ki, dava etmişəm".

N.Ələkbərov xəstəxanada vəfat edib. Qətli törədən K.Həsənzadə hadisə baş verən gündən bir həftə sonra magistr təhsili almaq üçün İtaliyaya, qətlə yetirilən Nazim Ələkbərov isə mütəxəssis olduğu neft sahəsi üzrə işləmək üçün Dubaya getməli imiş.

Məhkəmə prosesi sentaybrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, qətl ötən il iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. 1991-ci il təvəllüdlü Kamran Həsənzadə yaşadıqları binaya gələrək qız yola salan 1990-cı il təvəllüdlü Nazim Ələkbərovu öldürüb.

K.Həsənzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilir.


Xəbəri paylaş

1 1118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___