Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yanğına həssas üzlüklə üzlənmiş binalar xüsusi mühafizəyə götürülür, xarici işıqlandırma dayandırılır
Tarix: 20-05-2015 | Saat: 16:05
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakıda yanğına həssas üzlüklə üzlənmiş binalar xüsusi mühafizəyə götürülür, xarici işıqlandırma dayandırılır





Bakıda yanğına həssas poliuretan üzlüklə üzlənmiş binalar xüsusi mühafizəyə götürülüb, xarici işıqlandırma dayandırılıb.

Xeberaz.az xəbər verir ki, bu, APA-nın Bakının rayonlarının İcra hakimiyyətləri ilə bağlı apardığı sorğu zamanı məlum olub.

Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Hüseyn Cəfərov deyib ki, rayon üzrə belə binaların siyahısı tutulub. Nərimanov rayonunda poliuretan üzlüklə üzlənmiş 30-dan yuxarı yaşayış və qeyri-yaşayış binalarının olduğu aşkarlanıb: “Hazırda onlarla bağlı dəqiqləşmə işləri aparılır. Həmin binaların üzlüklərinin hələ sökülməsi ilə bağlı işlər aparılmır və yekunda Dövlət Komissiyasının verəcəyi qərardan asılı olaraq işlər görüləcək. Hazırda bütün belə binaların qarşısında polis mühafizəsi qurulub. Bundan əlavə, ilkin olaraq belə üzlüklü binalarda gecə işıqlandırılması dayandırılıb”.

Nəsimi Rayonunun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Quliyev bildirib ki, rayon üzrə yaşayış binalarında yanğına həssas üzlüklərlə bağlı dünən araşdırma aparılıb: “Məlum olub ki, Nəsimi rayonunda cəmi bir bina - Səməd Vurğun küçəsində yerləşən Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının binası yanğına həssas üzlüklə örtülüb. Bununla bağlı məsələ qaldırılıb və tədbirlər görülür”.

Xəzər rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov hazırda rayonda Fövqəladə Hallar Nazirliyi tərəfindən iş aparıldığını söyləyib. Həmin binalarla bağlı yeni yaradılan Dövlət Komissiyası tərəfindən nə qərar verilsə, ona uyğun işlər aparılacaq: “Rayon üzrə belə binaların sayı hələ dəqiqləşdirilir. Onların arasında yaşayış və qeyri-yaşayış binaları var. Amma Dövlət Komissiyası tərəfindən hansı qərar veriləcəksə, ona uyğun işlər görüləcək. İlkin olaraq tapşırıq verilib ki, belə binaların vitrin işıqlandırılmasının gücü aşağı salınsın. İşıqların gücü 220-dən 12-24 volt olacaq”.

Səbail Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri Hamlet Baxışov APA-ya açıqlamasında deyib ki, Səbail rayonunda poliuretan üzlüklə üzlənmiş 1 bina var, Salyan yolu, 22 ünvanında yerləşən və jurnalistlərin istifadəsinə verilmiş binanın isə müəyyən bəzək elementləri bu materialdandır. H. Baxışov qeyd edib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən hər iki bina üçün xüsusi mühafizə təşkil edilib, xarici işıqlandırma müvəqqəti dayandırılıb: “Biz hazırda Dövlət Komissiyasının tapşırığını gözləyirik. Dövlət Komissiyasının qərarından sonra müvafiq tədbir görüləcək”.

Sabunçu rayon icra başçının köməkçisi Müslüm Mahmudov APA-ya açıqlamasında qeyd edib ki, rayon üzrə üzlənmiş binaların 90%-dən çoxu daş üzlüklə (aqlay) üzlənib: “Rayon üzrə digər üzlüklərlə üzlənən 5 belə bina müəyyənləşib. İcra hakimiyyəti ətrafında 3 doqquzmərtəbəli binalar yerləşir. Onların üzlükləri qısa müddət ərzində söküləcək və aqlay daşla üzlənəcək. Bakıxanov qəsəbəsinin girişində 1-2 beşmərtəbəli bina yerləşir və onlar da yarımçıq, tam üzlənməmiş binalardır. Onların da üzlükləri bu gün söküləcək və Olimpiya Oyunlarına kimi keyfiyyətli aqlay daşla üzlənəcək”.

Qaradağ rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Eldar Sadıqov APA-ya açıqlamasında bildirib ki, rayon ərazisində 9 bina polis və rayon İcra Hakimiyyəti tərəfindən gün ərzində 24 saat olmaqla xüsusi mühafizəyə götürülüb, binaların xarici işıqlandırılması dayandırılıb: “9 binadan 8-i Sahil qəsəbəsində, 1-i isə Lökbatanda yerləşir. Bu 9 binadan 3-ü poliuretan üzlüklü binadır və dövlət başçısının tapşırığı ilə bu gündən bu binaların üzlüklərinin sökülməsinə başlanıb. Hər hansı ehtimala qarşı anında müdaxilə etmək üçün söküntü ərazisində yanğınsöndürmə bölmələri, təcili tibbi yardım bölmələri də var. Digər 6 binanın üzlüyü isə yanmayan materialdandır. Buna baxmayaraq, həmin binalar da 24 saat ərzində xüsusi mühafizə olunur, xarici işıqlandırma dayandırılıb”.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova rayon ərazisində 24 binanın poliuretan üzlüklə üzləndiyini açıqlayıb. Hazırda rayon rəhbərliyinin diqqətinin dünən yanğın baş vermiş Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yerləşdirilməsi və həlak olan sakinlərin dəfninə yönəldiyini söyləyən N. Allahyarova Dövlət Komissiyasının qərarından sonra həmin binaların üzlüklərinin sökülüb-sökülməyəcəyi istiqamətində addım atılacağını nəzərə çatdırıb.

Pirallahı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayev isə rayon ərazisində poliuretan üzlüklə üzlənmiş binaların olmadığını bildirib.

Xatırladaq ki, Xətai rayon İcra Hakimiyyəti rayon ərazisində yerləşən və poliuretan üzlüklə üzlənmiş binaların üzlüklərinin söküntüsünə dünəndən başlanıldığını açıqlayıb. Xətai İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev APA-ya deyib ki, Zığ şossesi boyunca 14 bina və "Qara şəhər"də bir bina olmaqla ümumilikdə Xətai rayonu ərazisində 15 binanın üzlüyü dəyişdiriləcək: "Bu binalarda yanğına həssas üzlüklər daş üzlüklərlə əvəzlənəcək".

Sumqayıt Şəhər İcra Hakimiyyətdən də APA-ya bildirilib ki, Sumqayıt şəhərində də poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsinə başlanılıb.

Bununla bağlı dünən Sumqayıt Şəhər İcra Hakimiyyətində iclas keçirilib və qərar qəbul edilib. Dünən həmin binalara baxış keçirilib, bu gündən üzlkülərin sökülməsinıə start verilib.

İcra Hakimiyyətindən onu da deyiblər ki, şəhərdə 10-dək belə bina var.

Bakının Nizami, Suraxanı və Yasamal rayonlarının İcra hakimiyyətlərindən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Bakı şəhərinin bütün rayonlarında cəmi 140 binada bu materialdan üzlük olduğunu açıqlayıb. O, Azərbaycan prezident İlham Əliyevin Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verdiyini və bu müddətdə ekspertiza aparılacağını nəzərə çatdırıb.


Xəbəri paylaş

8168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___