Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət bağçaları da pullu ola bilər - VİDEO
Tarix: 10-09-2016 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Dövlət bağçaları da pullu ola bilər - VİDEO

Bu məsələ "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyir ki, bu, neqativ halların qarşısını alacaq.

"Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması bağçaların Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb-qaytarılmayacağı məsələsini gündəmə gətirib. Millət vəkili bu məsələnin onların səlahiyyətlərində olmadığını bildirib.

Fiziki qüsurlu uşaqlar üçün xüsusi bağçaların da yaradılması gündəmdədir. Belə uşaqlar digərləri kimi məktəbə getdiyindən məkətəbə qədər təhsil müəsssəsinin də yaradılması zərurəti yaranıb.

Layihədə yeni "Ailə bağçası" modelinin yaradılması da nəzərdə tutulur. Uşağını bağçaya göndərmək istəməyən şəxslər ailələrə müraciət edəcəklər. Bağça kimi çıxış etmək istəyən ailələr isə dövlət tərəfindən seçiləcək. Onların hansı şərtlər əsasında seçiləcəyi isə hələ ki, məlum deyil.

Layihə üzərinə iş getdiyindən ailələrin vergiyə cəlb olunması məsələsi və ödəniləcək məbləğ hələ ki, dəqiqləşdirlməyib. Məktəbəqədər təhsillə bağlı bütün məsələləri tənzimələməyi nəzərdə tutan layihədə tərbiyəçilərin seçimi və meyarları da öz əksini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___