Həbsxanada doğulub "yoxa çıxan" uşaq ölübmüş - AÇIQLAMA
Tarix: 10-09-2016 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən Mahnurə Hüseynova istintaq təcridxanasında uşaq dünyaya gətirdiyini, lakin uşağın yoxa çıxdığını bildirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı araşdırma aparıb.
"Xəbəraz.az " xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib: "Doğum evində o, qeysəriyyə əməliyyatı edilib və qız övladı dünyaya gəlib. Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb, anaya və uşağa lazimi tibbi yardım göstərilib. Ancaq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb. M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb".
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

5-10-2017, 14:46
Temperatur qalxacaq - SABAH
22-11-2018, 10:46
Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi
30-10-2015, 00:47
Bakıda müdir müavininin faciəli ölümü - 40 gün sonra tapıldı+Foto
19-09-2016, 15:01
FETÖ-çu general əsgərləri ölümə belə göndərib
29-11-2017, 12:12
Sabahın hava PROQNOZU
18-10-2018, 14:26
Sabaha olan hava proqnozu açıqlandı
9-09-2021, 10:56
Meyxanaçı Ağakərimin ölüm xəbəri yayıldı, ailəsi təkzib etdi
31-05-2016, 18:51
Türkiyə Avropaya bu komanda ilə gedir – Siyahı
4-01-2016, 14:01
Meyiti tapılan neftçilərin adları bilindi