Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həbsdə doğdu, uşaq yoxa çıxıb - Azərbaycanın yeni "Lamiyə"si
Tarix: 09-09-2016 | Saat: 22:56
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Həbsdə doğdu, uşaq yoxa çıxıb - Azərbaycanın yeni "Lamiyə"si

Ötən il Azərbaycanda “Lamiyə olayı” kimi tanınan prosesə oxşar hadisə baş verib."Xəbəraz.az " “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova uşaq dünyaya gətirib.

Bu barədə M.Hüseynova özü bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda çıxış edərək məlumat verib.

Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: “Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”.

Hakim bildirib ki, bununla bağlı prokurorluğa müraciət edilməlidir. M.Hüseynova deyib ki, prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb.

Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___