Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toyda anasının ölüm xəbərini eşidən sürücü qəza törətdi - VİDEO
Tarix: 09-09-2016 | Saat: 22:42
Bölmə:Karusel / Hadisə | çapa göndər

Toyda anasının ölüm xəbərini eşidən sürücü qəza törətdi - VİDEO

Toyda analarının ölüm xəbərini alaraq qayıdan şəxslər yolda qəzaya düşüblər.

"Xəbəraz.az " Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 75-ci km-də, Şəkinin Cuma kəndi ərazisində qeydə alınıb.

Qaxın Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə, eyni istiqamətdə hərəkət edən Şəkinin Cuma kəndi ərazisində yaşayan məcburi köçkün Vaqif Abdullayevin idarə etdiyi VAZ 21 011 markalı avtomobil toqquşub.

Toqquşmanın təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı çökəkliyə aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan 4 sərnişin- Qaxın Turaclı kənd sakinləri Vəliyeva Diləfruz Əsəd qızı, Əsədova Tünzalə Məhəmməd qızı, Həsənova Sevgili Köçəri qızı və Həsənov Səbuhi Əsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadaları ilə Şəki MRX-yə çatdırılıb.


İlkin məlumatlara görə, qəzaya səbəb yüksək sürət və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, MerCedes markalı avtomobilin sürücü və sərnişinləri Mingəçevir rayonunda toyda olarkən onlara analarının öldüyü xəbərini veriblər və onlar məclisi tərk edərək dərhal Qax rayonuna yas mərasiminə tələsiblər.



Xəbəri paylaş

1 0678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___