Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı ustadan yenilik - "Qaz 24" təkərli motosikl - FOTO
Tarix: 08-09-2016 | Saat: 12:19
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

Azərbaycanlı ustadan yenilik - "Qaz 24" təkərli motosikl - FOTO

Azərbaycanlı usta Elşən Hacıyev etdiyi yeniliklə gündəmə gəlib.

"Xəbəraz.az " sputnik.az saytına istinadən xəbər verir ki, usta mühərriki "Honda", sürət qutusu və arxa oxu "Jiquli", təkərləri "Qaz 24", oturacaqları "Raf", qabaq təkəri isə "Muravey" olan motosikl yığıb.

Bu qeyri-adi motosiklin yanacaq sərfiyyatı, yüklülüyündən asılı olaraq 1 = 20-25 kilometr təşkil edir. Müxtəlif texnikalara aid detalları birləşdirərək təsərrüfatda, ev işlərində əsas köməkçi maşın formasına salan Elşən Hacıyev icad etdiyi avtomobilinə "Tır-tır" adını qoyub. O, Samux rayonu Qarayeri qəsəbəsində yaşayır. Gündəlik kənd həyatında təsərrüfat işləri ilə məşğul olmasından əlavə, müraciət edənlərə avtomobil ustası kimi də köməyini əsirgəmir.

Usta Elşən Hacıyev sənətin sirlərini hələ kiçik yaşlarından dayısından öyrənməyə başlayıb. Gəncə şəhərinin böyük qarajlarından birində tanınmış elektrik olan dayısı Zakir onu öz yanına aparıb və sənəti öyrənməsinə yardımçı olub. Uşaqlığından sənətə alışan Elşən ilk arzularını da elə o vaxtdan qurmağa başlayıb. Əvvəllər velosipedə mühərrik qoymaq istəyini böyüdükcə daha çox təsərrüfatda və ev işlərində ona yardım edəcək texnikanın hazırlanmasına istiqamətləndirib. Nəticədə hər kəsi təəccübləndirə biləcək texnikanı yaradıb: "Pay torpağımız bir az uzağa düşüb. Ailəlikcə oraya gedib-gəlirik. Kartof çıxarıb gətiririk, gündəlik ot biçib daşıyıram, gecələr sulayanda işə salıb onun işığı ilə işləyirəm. Demək olar ki, gündəlik yaşayışımızda çox işimizə yarayır. Avtomobil gedə bilmədiyi yerlərə gedir. Şumda batmır".

"Tır-tır"ı yük qoşqusuna hidravlik qaldırıcı qoşan sənətkar onun 150 mişar daşını rahat daşıdığını və qaldırdığını bildirir. Həmçinin Hacıyevlər ailəsinin elektrik sarıdan da çətinlikləri yoxdur. Elektrik enerjisinin kəsilməsi onlarda hiss olunmur. Avtomobilinə bənd etdiyi generatoru işə salaraq evin işıqlanmasını və televizorun işləməsini təmin edir. Hazırda üzərində işlədiyi yeni icadını isə təsərrüfat problemləri üzündən hələ tamamlaya bilməyib. Əvvəlkindən fərqli olaraq iki porşenli mühərriklə, dörd oxla, beş sürət qutusu ilə, yalnız bu hissələrin birləşdirilməsi qalan texnikasını yaxın vaxtlarda hazırlayıb istifadə etmək fikrindədir. Yeni texnika əvvəlkindən həm sürətinə, həm də gücünə görə daha üstün olacaq.

Usta "Tır-tır"ın 50-60 km/saat sürət yığmasına baxmayaraq, bir yerdən başqa yerə gedəndə xeyli yubanır. Buna səbəb isə yolda insanların tez-tez onu saxladaraq, maşının o tərəf-bu tərəfinə keçmələri, yeni icadla maraqlanmaları və çoxlu sual vermələridir. Sənətkar maşınını satmaq fikrində olmadığını, amma digər texnikasını başa çatdırmaq üçün pul lazım olduğunu və bu səbəbdən "Tır-tır"ı 1000 manata istəyən olsa, verə biləcəyini deyir.

Azərbaycanlı ustadan yenilik - "Qaz 24" təkərli motosikl - FOTO
Azərbaycanlı ustadan yenilik - "Qaz 24" təkərli motosikl - FOTO


Xəbəri paylaş

1 2698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___