Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik maaşları qaldırdı
Tarix: 07-09-2016 | Saat: 19:10
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Nazirlik maaşları qaldırdı

Sentyabrın 1-dən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda çalışan işçilərin ştat üzrə aylıq vəzifə maaşları qaldırılıb.
"Xəbəraz.az "xəbər verir ki, rabitə birlik və müəssisələrində işləyənlərin əmək haqları 10 faizədək artırılıb.

Əmək haqlarının artırılmasında üstünlük, əsasən, regionlar və vətəndaşlara birbaşa xidmət göstərən müəssisələrin əməkdaşlarına verilib. Belə ki, artım “Aztelekom” MMC-nin baş idarəsi üzrə 5 %, digər bütün müəssisələri üzrə 10%, “Azərpoçt” MMC-nin (aparat istisna olmaqla) “Azərekspresspoçt” Rabitə Müəssisəsi üzrə 5%, digər bütün müəssisələri üzrə 10%, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Xətai, Yasamal, Nizami, Sabunçu, Qaradağ Telefon qovşaqları 5%, Xəzər Telefon Qovşağı və Bakı Avtomat Telefon Qovşağı üzrə 10%, “Teleradio” İstehsalat Birliyi üzrə 10%, “Azərmarka” MMC üzrə 5%, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC üzrə 10 % təşkil edib.

Bundan başqa, nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla) tərəfindən bəzi işçilərin aylıq əməkhaqqının ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılması təmin edilib.

İnformasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı 746.8 manatdır.



Xəbəri paylaş

9418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___