Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diqqət! Bu yuyucu vasitələr saxtadır!
Tarix: 07-09-2016 | Saat: 15:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Diqqət! Bu yuyucu vasitələr saxtadır!

Vergilər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində aparılan vergi nəzarəti tədbirləri zamanı vergi qanunvericiliyinin tələblərini pozmaqla saxta əmtəə nişanlı yuyucu vasitələrinin istehsalı ilə məşğul olan sex aşkar edilib.

"Xəbəraz.az " bildirir ki, Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində "FRESH" və "ONEX" adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması, eləcə də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxslə hüquqi qüvvəyə minmiş əmək müqaviləsinin (kontraktı) bağlanmadığı müəyyən edilib. Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan 0,5, 1 və 4 litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanıb.

Əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etdiyinə görə vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilib və "qara mühasibatlıq" sənədləri götürülüb.

Araşdırma zamanı Elməddin Abdullayevin vergi ödəyicisi kimi 09.12.2013-cü il tarixdə qeydiyyatdan keçdiyi, lakin fəaliyyət göstərdiyi istehsal sexini təsərrüfat subyekti kimi qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcəkdir.



6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___