Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda meyitdən orqan köçürülməsi üçün danışıqlar aparılır
Tarix: 07-09-2016 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Azərbaycanda meyitdən orqan köçürülməsi üçün danışıqlar aparılır

"Artıq meyitdən canlı insana orqan köçürülməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır". "Xəbəraz.az "-ın məlumatına görə, bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

F. Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir: "Çox sayda insanın böyrək nəqli əməliyyatına ehtiyacı var. Ona görə də artıq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müzakirələr aparılır ki, meyitlərdən orqanların köçürülməsinə təkan verilsin. İyun ayında Azərbaycanda türk transplantoloqlarının konqresi keçirilib. 21 ölkədən 500-ə yaxın qonağın iştirak etdiyi tədbirə Azərbaycanın din xadimləri də dəvət edilmişdi. İnsanlar dünyasını dəyişənəndən sonra orqanlarını bağışlama mərhələsinə şüurlu şəkildə qədəm qoymalıdırlar. Bunun üçün təbliğat aparılmalıdır. Bir çox insanlar bu yolda şəfa tapa bilərlər".

F. Babayev qeyd edib ki, tibbi cəhətdən səhiyyədə bu məsələ ilə bağlı heç bir problem yoxdur, sadəcə ictimai şüuru formalaşdırmaq lazımdır.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___