Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qubada toya gedən maşın aşdı: 3 yaralı - FOTO
Tarix: 06-09-2016 | Saat: 23:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qubada toya gedən maşın aşdı: 3 yaralı - FOTO

Günorta saatlarında Bakı-Quba yolunun 95-ci kilometrliyində ağır yol qəzası baş verib.

"Xəbəraz.az " "Report"a istinadən bildirir ki, hadisə "Chery" markalı avtomobilin təkərinin qəflətən partlaması və maşının bir neçə dəfə fırlanaraq aşması nəticəsində qeydə alınıb.

Qəza zamanı maşında olan sərnişinlər - 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Xuraman Məmiş qızı, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Əkbərov Şahzadə Həsən oğlu və 1963-cü il təvəllüdlü bacısı Quliyeva Nəzakət Məmiş qızı "təcili yardım" maşını ilə Siyəzən Mərkəzi Diaqnostika Mərkəzinə gətirilib.

Yaralılara kürəyin və onurğanın küt travması diaqnozu qoyulub. Onların ümumi vəziyyətləri kafi olduğuna görə, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Avtomobilə ciddi ziyan dəyib. Onların Qubaya toy mərasimə getdikləri bildirilir.


Qubada toya gedən maşın aşdı: 3 yaralı - FOTO
Qubada toya gedən maşın aşdı: 3 yaralı - FOTO
Qubada toya gedən maşın aşdı: 3 yaralı - FOTO


Xəbəri paylaş

9568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___