Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rektor arzusuna çatdı, BSU-dakı mozaika tam söküldü – FOTOLAR
Tarix: 06-09-2016 | Saat: 20:33
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Rektor arzusuna çatdı, BSU-dakı mozaika tam söküldü – FOTOLAR

Bakı Slavyan Universitetinin binasının üzlüyündə olan mozaika tam söküldü.

"Xəbəraz.az " 1news.az-a istinadən xəbər verir ki, Nizami, Mirzə Fətəli Axundov, Nəsimi, Nəriman Nərimanov və Məhsəti Gəncəvinin portretləri olan mozaika artıq sökülüb.

Bundan başqa fotoda göründüyü kimi üzərində mozaika olan divar daş lövhələrlə örtülüb.

Xatırladaq ki, Bakı Salavyan Universitetinin binasını bəzəyən mozaikanın taleyi sosial şəbəkələrdə uzun müddət ən çox müzakirə edilən mövzulardan biri olub. İctimai etiraza baxmayaraq, Azərbaycanın Əməkdar rəssamı Elmaz Hüzeynovun 1972-ci ildən binanın fasadını bəzəyən əsəri tamamən məhv edildi.

Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsil məsələlərinə həsr edilmiş kollegiya iclası olub. Kollegiyanın üzvləri ilə yanaşı, iclasda nazirliyin struktur bölmələrinin, eləcə də təhsil ocaqlarının rəhbərləri də iştirak edib.

İclasın yekununda təmir işləri zamanı yetərli nəzarət edilmədiyi, qanunvericiliyin və intizam qaydalarının pozulduğu üçün Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq edilib.

Rektor arzusuna çatdı, BSU-dakı mozaika tam söküldü – FOTOLAR
Rektor arzusuna çatdı, BSU-dakı mozaika tam söküldü – FOTOLAR


Xəbəri paylaş

8828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___