Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təcili tibbi yardım pullu olacaq – YENİ SİSTEM QURULUR
Tarix: 06-09-2016 | Saat: 09:19
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Təcili tibbi yardım pullu olacaq – YENİ SİSTEM QURULUR

Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq. Bu barədə fins.az-a məlumat verən Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlanıb.

Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur.

Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər in formasiyalar toplanacaq. Həmin məlumatlar əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək.

Həkim yolda olanda sizi tanıyacaq

R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək. “Həmin informasiyalar əsasında artıq həkim hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək”.

Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq. Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləsi olacaq Təcili Tibbi Yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək.

Təcili Tibbi yarım ödənişli olacaq

R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. “Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancqaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslin də polikliniya və xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”.

Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: “İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.

Elektron sağlamlıq kartlarının bəxti açılır

Yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də gözlənilir. 2007-ci ildən əsasən, yenidoğulan uşaqlara və 2000-ci illərdə doğulanlara verilən elektron kartla indiyədək istifadə olunmayıb. Səhiyyə Nazirliyindən fins.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, indiyə qədər təxminən 1 200 000 ədəd kart paylanılıb. Ancaq onlarda nə qədərinin real olaraq istifadə olu nması barədə suala cavab verilməyib.

Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını elektron hökümət portalı vasitəsi ilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsində əldə etmək olar. Kartda vətəndaşın .əxsi, tibbi müayinə,müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur.



7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___