Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elgiz Əkbər qəzəbləndi: “Ailəmi, övladımı...”
Tarix: 05-09-2016 | Saat: 16:52
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Elgiz Əkbər qəzəbləndi: “Ailəmi, övladımı...”

Tanınmış aparıcı Elgiz Əkbərin yeni mövsümdə digər televiziyaların birində fəaliyyət göstərəcəyi ilə bağlı məlumat yayılıb.

"Xəbəraz.az " xəbər verir ki,Publika.az-a açıqlama verən aparıcının xəbərə münasibəti belə olub: “Bəzi jurnalistlər ortalığı qarışdırmaqla məşğuldurlar. ANS-in hansısa aparıcısı yeni televiziyada işə başlayır, o saat düşürlər üstünə, onu təhqir etməyə başlayırlar, söyürlər. Bununla da televiziyaları bir-birinə qarşı qoymağa çalışırlar. Əslində mənim bütün televiziyalara münasibətim normaldır, hamısı mənə doğmadır. Müxtəlif televiziyaların aparıcılar bir-birimizi görəndə görüşürük, hal-əhval tuturuq, bir-birimizə ruh veririk. Futbolçu da komandanı dəyişir, onda elə gərək hamı onu daşlasın, başını yarsın?”

E.Əkbər yalnız bir halda, digər telekanalda işləyəcəyini deyib: “Bağda dincəlirdim, hələ ki, məzuniyyətdən yeni dönürəm. Allah ANS-in qapısını açsın, insanlar işlərinə davam etsinlər. ANS-in aqibəti hələ tam bəlli deyil. Onun yenidən fəaliyyət göstərib-göstərməyəcəyi bəlli olsa, mən də seçimimi edəcəm. Hələ gözləyirəm. ANS açılsa, orada, açılmasa, digər televiziyaların birində fəaliyyətimi davam etdirəcəm. Mən də ailəliyəm, uşağım var, pul qazanıb, ailəmi saxlamalıyam. İndidən ANS-in taleyi məlum deyilsə, mənim hansısa kanalda anonslarım necə yaymlana bilər? Adamı söyərlər ki, on il fəaliyyət göstərdiyin kanalın aqibəti bəlli olmadan necə, başqa kanala keçmisən?”


Xəbəri paylaş

1 2778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___