Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda unikal əməliyyat: 34 ağac kökündən çıxarıldı (FOTO)
Tarix: 03-09-2016 | Saat: 15:36
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda unikal əməliyyat: 34 ağac kökündən çıxarıldı (FOTO)

Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə Moskva prospektinin 20 yanvar dairəsi yaxınlığında yolun genişləndirilməsi layihəsinə uyğun olaraq "Azəravtoyol” ASC və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyininə müraciət olunub.

ETSN-dən verilən məlumata görə, müraciətdə mövcud Dövlət Proqramının tədbirlər planının tərkib hissəsi kimi Bakı şəhərinin Moskva prospektində nəqliyyat sıxlığının azaldılması və orta hərəkət sürətinin artırılması məqsədi ilə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğu bildirilir. Həmin ərazidə yol ötürücüsünün istinad divarına və yolun işlək hissəsinə yaxın olan ağacların işin başlanılmasına maneə yaratdığı qeyd olunur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarına və "Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq tikinti altına düşən ağacların götürülməsi məqsədilə dövlət ekspertiza rəyinin verilməsi xahiş edilir.

Məktubda qeyd olunanlarla bağlı ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, yol tikintisi altına 2 Şərq çinarı, 18 Eldar şamı, 4 Sərv, 4 Zeytun və 6 Oleandr ağacı düşür. Ümumilikdə ərazidə 34 ədəd ağac və bir neçə kol bitkisinin tikinti layihəsinə maneə yaratdığı qeydə alınıb. Tikintinin dövlət əhəmiyyətli olduğu nəzərə alınaraq mövcud tələblərə və qaydalara uyğun ağacların budanaraq köçürülməsinə rəy verilib.

Ekspertiza rəyinin tələbləri əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə müqavilə bağlanılıb və 3 sentyabr 2016-ci il tarixində ağacların köçürülməsinə başlanılıb.


Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən alınmış, ağacların yaşamasını yüz faizə çatdıra bilən xüsusi texnikalardan istifadə olunmaqla, budandıqdan sonra ağaclar kök torpağı ilə birgə çıxarılaraq daha uyğun və tikinti-qazıntı aparılması təhlükəsi olmayan ərazilərə köçürülür.


Bakıda unikal əməliyyat: 34 ağac kökündən çıxarıldı (FOTO)
Bakıda unikal əməliyyat: 34 ağac kökündən çıxarıldı (FOTO)


Xəbəri paylaş

9218 dəfə oxunub.

Digər xəbərlər
28-02-2018, 21:22 DİN müsabiqə elan edib

bütün xəbərlər
____ Instagram ___