Dövlət Komitəsindən məktəbli formaları ilə bağlı AÇIQLAMA: 98%-i sintetikadır
Tarix: 02-09-2016 | Saat: 15:53
Bölmə:Karusel / Bizim seçim / M2 | çapa göndər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət daxil olub.
Komitədən verilən məlumata görə, araşdırma nəticəsində “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci km. qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək, keyfiyyətsiz məktəbli geyimləri satıldığı müəyyən olunub.
“Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil. Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9% və 93,7% olub.
Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub.
Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.
Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.
Xəbəri paylaş
1 0128 dəfə oxunub.
Digər xəbərlər

14-11-2015, 22:09
Herpes haqda biməkdikləriniz faktlar
28-11-2016, 11:20
Metroda gediş haqqı artacaq? - RƏSMİ AÇIQLAMA
23-04-2017, 17:10
Venesuelada aksiyalarla əlaqədar saxlananların sayı 1300 nəfərə çatır
12-02-2021, 19:09
Deputatın qardaşı ittiham olunur... - Nazirin nəzərinə...
27-11-2016, 09:50
Ermənistanın pilotsuz uçuş aparatı məhv edildi - Foto
16-10-2023, 11:40
20 yaşlı Nərgizin 1 yaşlı körpəsini öldürməsinin təfərrüatı: "Kişilərlə görüşə gedə bilmirdim - VİDEO
25-07-2015, 18:37
Müdafiə naziri şəhid əsgəri təltif etdi
10-01-2018, 11:31
Atəşkəs rejimini 122 dəfə pozulub
27-02-2018, 11:52
Orxan Babazadə susqunluğunu pozacaq-VİDEO
2-10-2017, 20:02
İŞİD Las-Veqasdakı qətliama görə məsuliyyəti üzərinə götürüb