Xoşbəxt evliliyin QIZIL QAYDALARI
Tarix: 01-09-2016 | Saat: 17:13
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Hər kəs ailə qurduqda xoşbəxt olmaq istəyir. Lakin çox zaman bu xoşbəxtlik üçün qarşı tərəfdən addım gözləyirik. Ailə isə əvvəlcə iki, daha sonra bu iki insanın dünyaya gətirdiyi övladların bir-birinə bəxş edə biləcəyi sevinc, qayğı, diqqət, hörmət sayəsində xoşbəxt olur. ABŞ-ın qabaqcıl dərgilərindən biri xoşbəxt evliliyin 25 qaydasını oxucularla paylaşıb."Xəbəraz.az " lent.aza istinadən həmin qızıl qaydalarla sizi də tanış edir.
1. Bir-birinizin ən yaxşı dostu olun. Seks əhəmiyyətini itirdikdə birlikdə edəcəyiniz şeylərdən zövq alsanız, bir-birinizdən qopmazsınız.
2. Lazım olduqda evdə həyat yoldaşınızın istəyinə uyğun dəyişikliklər edin.
3. Pula görə əsla dava etməyin.
4. Ac və yorğun olan zaman əhəmiyyətli və həssas mövzuları müzakirə etməyin.
5. Həyat yoldaşınız evə gələndə onunla hörmətli bir qonaq kimi davranın.
6. Axşamlar fiziki təmasa keçə biləcək qədər yaxın oturun.
7. Birlikdə gülün.
8. Mümkündürsə, hamam otaqlarınız ayrı olsun.
9. Qadınların sevilmək üçün əzizlənməyə, kişilərin sayılmağa ehtiyacı olduğunu unutmayın.
10. Ayda bir dəfə də olsa, ikiniz birlikdə nəsə edin.
11. "Əvvəl mən" deməyin.
12. Uşaq sahibi olun.
13. Davamlı pis halları gündəmə gətirməyin.
14. Gözəl zamanlarınızı xatırlayın.
15. Boşanmaq ağıla gələn ilk variant olmamalıdır.
16. Ehtiraslı olun.
17. Bir-birinizi dəstəkləyin və digərinin fərdi fəaliyyətlərini qəbul edin.
18. Əvvəllər sahib olduğunuz ən yaxşı dostunuzu unudun, indi yeni və ən yaxşı dostunuz var.
19. Seks həyatınızı maraqlı edin.
20. Evliliyinizə mənfi təsiri olan qohumlarınızdan uzaqlaşın.
21. “Xahiş edirəm”, “Zəhmət olmasa”, “Zəhmət oldu” kimi sehrli ifadələrdən istifadə etməyi unutmayın.
22. Bir-birinizin fərqli tərəflərinə, xüsusiyyətlərinə hörmətlə yanaşın.
23. Uşaqlar olmadan, ikiniz birlikdə səyahətə çıxın.
24. Ortaq xəyallarınız olsun.
25. Bir-birinizin yaşlanma, yetkinləşmə müddətini izləyin və maraq göstərin.
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

28-11-2021, 16:04
İlham Əliyev rəsmi naharda iştirak edib
28-02-2021, 09:46
Birinci Qarabağ döyüşündə qətlə yetirilən azərbaycanlıların nəşləri tapıldı - Video
11-08-2017, 10:28
Ramil Quliyev Türkiyə üçün qızıl medal qazandı
29-08-2017, 16:28
Vatan Şaşmazın dəfn mərasimi başladı - FOTO/VİDEO
31-05-2023, 11:29
Saqqız çəynəmək adamı kökəldir, baş ağrılarına səbəb olur...
29-05-2020, 10:11
Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı
23-01-2019, 11:13
ARB-dən Əli Mirəliyevlə bağlı - Açıqlama
30-06-2017, 14:41
14 yaşlı azərbaycanlı qızı iş adamına nişanladılar
25-10-2023, 09:58
Gəncədə 4 aylıq qızcığaz və üç yaşlı qardaşı küçəyə uşaqların nənəsi atıb-Yenilənib
27-02-2018, 20:12
Bakıda bahalı avtomobillərin qiyməti 1 milyon manata qədər yüksəlir