Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis avtobus sürücülərinə müraciət etdi
Tarix: 31-08-2016 | Saat: 21:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polis avtobus sürücülərinə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsindən avtobus qəzları ilə bağlı fiziki şəxslərə müraciət ünvanlayıb.

Qurumun mətbuat xidmətindən daxil olan müraciətdə bildirilir ki, yay mövsümü ilə əlaqədar ayrı-ayrı regionlara səyahətə çıxan vətəndaşların, eləcə də ölkəmizə istirahətə gələn xarici turistlərin sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlib. Səfərə çıxanlar fərdi minik avtomobilləri ilə yanaşı marşrut avtobuslarından, bəzi hallar da isə qeyri-müntəzəm şəkildə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus olan avtobus və mikroavtobuslardan istifadə edirlər.

Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş daşımalar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi qeyri-müntəzəm şəkildə sərnişin daşımalarının müasir, təhlükəsizlik elemetləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm, yaxud sifarişli sərnişin daşıma xidmətləri göstərən şirkətlər vasitəsi ilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, belə xidmətlər ayrı-ayrı şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını və ya BDYPİ-nin elektron poçtuna yazılı müraciət göndərilməsini tövsiyə edir.


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
19-01-2019, 19:39 Milli Şura mitinq keçirib

bütün xəbərlər
____ Instagram ___