Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda həzrət Əlinin yadigarı oğurlandı - YENİLƏNİB
Tarix: 30-08-2016 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda həzrət Əlinin yadigarı oğurlandı - YENİLƏNİB

Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğundan oğurlanan tarixi eksponatın nə olduğu açıqlanıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Trend-ə bildirib ki, "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğunda avqustun 26-dan 27-ə keçən gecə qoruq ərazisində olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb.

Bununla əlaqədar qoruğun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Hadisə yerinə artıq baxış keçirilib və hazırda faktla bağlı istintaq aparılır. Ərazidən oğurlanan tarixi eksponat isə Həzrət Əlinin adı ilə bağlı iki hissəli daşdan biridir. Eksponat qədim qəbristanlıqda yerləşir.

----------

12:25

Abşeron rayonunda oğurluq olub.

"Xəbəraz.az " report-a istinadən bildirir ki, hadisə Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb.
Belə ki, həmin təbiət qoruğuna daxil olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbristanlıq və qədim məscid, "Qotur su" bulağı, "Əli daşı", Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.


Xəbəri paylaş

8328 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 17:36 Bakıda faciəvi hadisə

bütün xəbərlər
____ Instagram ___