Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB
Tarix: 30-08-2016 | Saat: 14:20
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda 3 il əvvəl itkin düşmüş şəxsin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, daxili işlər orqanları qeyri-aşkar şəraitdə baş verən ağır və xüsusilə ağır – insan həyatına qəsd edilməsi ilə nəticələnən cinayətlərin açılması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Belə ki, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və E.Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Qeyd edilən fakta bağlı Suraxanı rayon prokuroroluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.


*****

29 avqust

Əməkdar artist Aygün Bəylərin yaxın qohumunun öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. "Xəbəraz.az "-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Hümmətov Elnur Ağasəf oğlunun 2013-cü ildə öldürülməsi faktını ilk olaraq Suraxanı polisi müəyyənləşdirib. Belə ki, digər bir cinayətə görə saxlanılmış şəxsin ifadəsi onun bir qrup şəxslə birgə 2013-cü ilin mayında itkin düşmüş Elnur Hümmətovun qətlində iştirakını göstərib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində cinayətdə iştirak etmiş digər 4 nəfər də müəyyən edilərək saxlanılıb.

Bildirilir ki, faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılanların hamısı qətldə iştirak etməsə də, onların cinayətin gizlədilməsində rol oynadığı bildirilir.

Bu arada o da məlum olub ki, qətl hadisəsi Xəzər rayonunda baş verməyib. Boğularaq qətlə yetirilən E.Hümmətovun meyiti sonradan Qala qəsəbəsinə gətirilib və buradakı torpaq sahəsində basdırılıb. Meyit basdırıldıqdan sonra onun üstü betonlanıb ki, bu da eksqumasiya zamanı müəyyən çətinliklər yaradıb.

"Xəbəraz.az "-ın əldə etdiyi digər məlumata görə, faktla bağlı başlanmış cinayət işinin materialları artıq Bakı şəhər Prokurorluğuna verilib və istintaq burada aparılacaq.

**
16:50

Əməkdar artist Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümmətovun ölümünə görə tutulan şəxslərdən biri müğənninin qohumudur.
"Xəbəraz.az " “Report”a istinadən xəbərinə görə, tutulan şəxslərdən Abbas Hümmətov Aygün Bəylərin qardaşıdır.

Qeyd edək ki, hadisə üç il əvvəl baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulublar.

Araşdırmalar davam etdirilir.

**
12:09

Bakıda 3 il əvvəl itkin düşdüyü barədə xəbər yayılmış şəxsin öldürüldüyü üzə çıxıb.

"Xəbəraz.az "Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.

E.Hümmətovun meyiti eksqumasiya edilib, adı çəkilən şəxslər isə tutulub.

Qeyd edək ki, Elnur Hümmətov əməkdar artist Aygün Bəylərin əmisi nəvəsidir.

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB

Aygün Bəylərin qohumunun basdırıldığı yerin və qatillərin fotoları yayıldı - RƏSMİ - YENİLƏNİB


Xəbəri paylaş

1 2598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___