Bakıda bəy toy günü maşının qarşısını kəsən uşağı sürüdü - VİDEO
Tarix: 29-08-2016 | Saat: 13:57
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən şəxs ölümlə üz-üzə qalıb.
Digər avtomobillərdən birinin videoqeydiyyat cihazı tərəfindən qeydə alınan hadisə avqustun 11-də, saat 18.15 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib. Videodan da göründüyü kimi, "Mercedes-"Galendewagen" markalı avtomobil yeniyetmə piyadanı qarşısına alaraq hərəkət edir. Çox güman ki, həmin yeniyetmə köhnə adət-ənənə ilə toy karvanında bəy-gəlin maşınının qarşısını kəsib şirinlik almaq istəyirmiş. Lakin avtomobili idarə edən bəy hərəkəti davam etdirir, yeniyetmə isə əlini maşına söykəyib arxaya qaçır. Bu vəziyyət təxminən 150-200 metr məsafədə davam edir. Lakin bəy pul verməmək üçün maşını saxlamır.
Ümumiyyətlə, şirinlik bir yana, bu halda sürücünün avtomobili hərəkət etdirməsi çox təhlükəlidir. Təsəvvür edin ki, o yeniyetmə arxaya addım atarkən ayağı ilişib yıxılsaydı maşını saxlamaq mümkün olmayacaqdı və təkərlər altında qala bilərdi.
"Galendewagen"in dövlət nömrə nişanı tam görünməsə də, axırıncı rəqəmlərinin 211 olduğunu görmək olar. Bundan əlavə, bu avtomobilin kirayə olduğu ehtimalı da var. Çünki toy karvanındakı avtomobillərə diqqət etdikdə yalnız bu avtomobilin bahalı olduğunu görmək olur. Bundan əlavə, sürücünün, yəni bəyin bu cür davranışı, maşını saxlamaması onun təcrübəsiz sürücü olduğunu düşünməyə əsas verir. Ola bilsin ki, onun ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur… (avtosfer.az)
Xəbəri paylaş
8128 dəfə oxunub.
Digər xəbərlər

19-06-2020, 18:57
Yasa getmək istəyənlər 102-dən icazə almalıdır
2-09-2017, 22:48
İlham Əliyev Lənkərana səfər edib
22-04-2016, 16:58
İlqar Məmmədov azadlığa buraxılmadı, məhkəmə təxirə salındı (FOTO)
10-06-2020, 19:28
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi
16-03-2021, 13:05
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb - FOTO
5-12-2020, 13:01
Baş Nazirdən gələn ilin bayram günləri ilə bağlı QƏRAR
19-06-2022, 12:36
“Bazar store” də satılan “uzunömürlü” Xəzər kilkələri – FOTOFAKT
9-11-2023, 19:04
Yağış yağacaq, külək əsəcək
16-08-2017, 17:00
Sabah yağış gözlənilir - Proqnoz