Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı idmançı beynəlxalq çempionu oldu – FOTO
Tarix: 29-08-2016 | Saat: 11:30
Bölmə:Karusel / Dünya / M2 / Gənclərimiz | çapa göndər

[center][/center]Azərbaycanlı idmançı beynəlxalq çempionu oldu – FOTO

Azərbaycanlı idmançı İdris Gözəlov beynəlxalq çempionu oldu.

"Xəbəraz.az "-ın məlumatına görə, ötən gün Ukraynada qaydasız döyüşün MMA versiyası üzrə Ukraynada yaşayan həmyerlimiz 22 yaşlı idmançı İdris Gözəlov beynəlxalq çempionatlığında iştirak edirdi.

Azərbaycanın hər zaman şərəfini qoruyan, gənc və perspektivli döyüşçü İdris Gözəlov, Ukraynada təşkil olunan WORLD MMA NETWORK "MAXMIX” idman növü üzrə beynəlxalq professional döyüşdə iştirak etdi. İdris Gözəlov yarışda bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutdu.

İdman ustası olan İdris neçə illərdir ki, qaydasız döyüş idman növü üzrə peşəkar səviyyədə məşğul olur. Qaydasız döyüş üzrə dünya çempionu, Ukrayna çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi olub.

Bu yarışa böyük ümidlə yollanan Gözəlov yarışdan qələbə ilə qayıdacağına əmin idi. “İndiyə qədər qazandığım çoxsaylı uğurlarımın sirri fasiləsiz məşqlərimdir və hər zaman zəhmətimin bəhrəsini görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanırdım. Digər yarışlardakı kimi, bu dəfə də qalib gəldim. Bunu xüsusi qeyd etmək istəyirəm ki, mən hər zaman tək öz qazandığım uğurlarla yox, vətənimi ölkədən kənarda layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə fəxr edir və ürəkdən sevinirəm".
Azərbaycanlı idmançı beynəlxalq çempionu oldu – FOTO


Xəbəri paylaş

9438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___