Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamam hamam içində - İçərişəhərdəki qadın hamamından REPORTAJ
Tarix: 27-08-2016 | Saat: 12:58
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Hamam hamam içində - İçərişəhərdəki qadın hamamından REPORTAJ
Bakıda xanımların istirahət edə biləcəyi yerlərin sayı o qədər çox deyil. Ya parka gəzməyə gedərlər, ya da gözəllik salonlarına. Amma bir məkan da var ki, istirahət üçün ideal yerdir. Həm də dövri-qədimdən mövcuddur. Söhbət hamamdan gedir. Hamamlar əsrlərdir həm kişilər, həm də qadınlar üçün sevilən məkandır. Son illər o qədər də dəbdə olmasa da, mövcudiyyətini davam etdirir. İçərişəhərdə zamanında 9 hamam olub. Lakin bu gün onlardan yalnız ikisi fəaliyyət göstərir. Onlardan biri də Ağa Mikayıl hamamıdır. XVIII əsrdən qalan bu məkan elə o vaxtdan fasiləsiz fəaliyyət göstərir. Deyilənə görə, bir neçə əsr keçməsinə baxmayaraq, burada demək olar ki, heç bir dəyişiklik olmayıb. Yüngül təmir işləri nəzərə alınmasa, hər şey qorunub saxlanıb. Hamamın qapıları həftədə iki dəfə yalnız xanımlar üçün açılır. Vəfa xanım artıq 18 ildir ki, burada çalışır. Deyir ki, uzun illərdir, burada demək olar ki, heç nə dəyişməyib.

“İçərişəhərdən yaşlılar gəlir boxçaları ilə. İstirahət edirlər. Otururlar, çay içirlər. Özləri ilə maskalar gətirirlər, tətbiq edirlər. Söhbətləşirlər. Süfrə açırlar, çay içirlər. Dincəlirlər, gedirlər”.

Təbii ki, içəridə çəkiliş etmək mümkün olmadı. Məlum məsələ... Kişinin qadın hamamına girməsi qadağandır. Lakin orada çalışan işçilərlə söhbətdən məlum oldu ki, daimi müştərilər çoxdur. Xanımlar üçün hər şərait var. Duş, hovuz, buxar otağı, masaj, hovuz, kisələmə də öz yerində.

“Duş qəbul edirlər. Buxar otaqlarımız var. Hovuz da var. Hamısından istifadə edirlər. Masaj və kisə isə kimə lazımdırsa, kim tələb edirsə, masajçılarımız, kisəçilərimiz xidmət göstərir”.

Vəfa xanımın sözlərinə görə, hamama əsasən, içərişəhərlilər çox gəlir. Onlar üçün bura sevimli məkandır. Yeri gəlmişkən, gəlin köçəcək qızlar da son zamanlar xına mərasimlərini hamamda edirlər. Səhərdən gəlir, xına yaxır, şam yandırır, axşama qədər əylənirlər.

Bu hamam yerli əhali ilə yanaşı, turistlərin də sevimli məkanıdır. İçərişəhərə gələn turist mütləq hamama baş çəkir. Elə çəkiliş etdiyimiz müddətdə də turistlərlə qarşılaşdıq. Çəkilişə icazə verməsələr də, söhbətləşmək imkanı tapdıq. Dedilər ki, ilk baxışdan çox maraqlı gəlir. İmkan tapıb mütləq istirahətə gələcəklər.

Əziz xanımlar, gündəlik qayğılardan qısa müddətə olsa da, xilas olmaq, dincəlmək, yenilənmək istəyənlər hamama üz tuta bilərlər. Necə deyərlər, həmişə təmizlikdə!



6798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___