Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlanır
Tarix: 26-08-2016 | Saat: 02:25
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimlərin başlandığını elan edir.
Seçim turları 29-31 avqust tarixlərində, Bakı şəhərində, “Bayıl Arena” stadionunda keçiriləcək.
AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad 5-9 sentyabr tarixlərində Bakıdakı “Bayıl Arena” stadionunda “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcək. Təlim-məşq toplantıları zamanı uşaqlar öz texniki bacarıqlarını göstərməklə yanaşı, eyni zamanda “Mançester Yunayted” klubunun təcrübəsindən yararlanaraq futbol üzrə bilik və bacarıqlarını artıracaqlar.
Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçiləri tərəfindən keçiriləcək seçimlərdə hansı klubun üzvü olmasından asılı olmayaraq 2005-2006-cı il və 2007-2008-ci il təvəllüdlü istənilən gənc istedad iştirak edə bilər. Bu seçim turlarında əsas üstünlük uşaqların texniki bacarıqlarına verilir. Heç bir ödəniş olunmadan keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
“Mançester Yunayted Yay Futbol Məktəbi”nin seçim turlarının tarixləri aşağıdakı kimidir:
29 avqust. Saat 09:00-15:00 – 9-10 (2007-2008-ci il təvəllüdlü) yaş qrupu üçün seçim
30 avqust. Saat 09:00-15:00 – 11-12 (2005-2006-cı il təvəllüdlü) yaş qrupu üçün seçim
31 avqust. 09:00-15:00 – Hər iki yaş qrupundan seçilmiş 32 nəfərdən 16 nəfər seçiləcək və “Mançester Yundayted Yay Məktəbi”nə dəvət alacaqlar
5-9 sentyabr. “Mançester Yunayted Yay Futbol Məktəbi”
“Mançester Yunayted Yay Futbol Məktəbi”nə seçilən uşaqlar Bakcell şirkəti tərəfindən idman paltarı ilə təmin ediləcəklər. Təlim-məşq toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunacaq. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək, “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləmək imkanı əldə edəcək. Səfərlə əlaqəli xərclər də həmçinin Bakcell şirkəti tərəfindən qarşılanacaq.
Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:
+994 55 511 45 55 – Çinarə Kazımi
Xəbəri paylaş
7448 dəfə oxunub.
Digər xəbərlər

22-08-2021, 11:42
Yeməyi dadsız bişirdiyinə görə gənc qadını diri-diri yandırdılar, musiqini də qadağan etdilər - “Taliban” maskasını çıxarır
4-04-2016, 16:27
Həbsdəki polkovnik müraciət etdi - “Bizi cəbhəyə göndərin”
17-01-2016, 12:20
Bakıda oğurluq edən qadın anbaan kameralara düşdü - VİDEO
3-02-2017, 11:41
"Müğənnilər falçıya deyirlər ki, Zaurun dil-ağzını bağla"
2-07-2015, 11:34
Bu gün Azərbaycanda polis günüdür
12-09-2021, 11:52
"Səni sevirəm" deyə bilməyənlər üçün 5 ALTERNATİV SÖZ
28-03-2017, 21:14
"Ailəm dedi ki, sənin pulun bizə lazım deyil" - Üzeyir Mehdizadə - VİDEO
9-09-2018, 15:55
Mingəçevirdə gəlini aparan maşın qəzaya düşdü - Yaralananlar var
31-10-2023, 18:37
Paketin pulunu verməyən müştərinin qulağını dişlədi
12-03-2021, 21:55
Ata Abdullayev saxlanıldı