Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranskinin qətlində yeni ŞOK VERSİYA - gürcülər kürdlərlə birlikdə…
Tarix: 22-08-2016 | Saat: 10:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Lənkəranskinin qətlində yeni ŞOK VERSİYA - gürcülər kürdlərlə birlikdə…

"Şakro Molodoy”un həbsindən sonra yeni "oğru" Laşa Şuşanaşviliyə ən böyük əngəl azərbaycanlı "qanuni oğru” olub; Rusiya paytaxtında qanlı toqquşmalar gözlənilir...

Türkiyədə əfsanəvi "qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qətli Rusiya paytaxtında qanlı mübahisələrə "ayaq” verib. Azərbaycanlıların işlətdiyi, "Rövşən Lənkəranski”nin yaxın ətrafının nəzarətində olan meyvə-tərəvəz bazarlarında vəziyyət gərginləşib.

"Rosbalt” agentliyi xəbər verir ki, oğru dünyasının generalının qətli bazarlara nəzarəti həyata keçirən Rövşən Lənkəranskinin yaxın ətrafının durumunu çətinləşdrib. Artıq bəzi şəxslərin ölümcül döyülməsi xəbəri var.

Bazarlarda vəziyyət nəzarətdən çıxır

Sayt yazır ki, Moskvadakı meyvə-tərəvəz bazarlarında "Rövşən Lənkəranski”nin qətlinə qədər də vəziyyət o qədər də rahat olmayıb. 2013-cü ilin yanvarında "Ded Xasan” ləqəbli Aslan Usoyan öldürüləndən sonra qətldə "Lənkəranski”nin adının hallanması ümumilikdə bu sahədə vəziyyəti gərginləşdirib. Əks cinahda olan, "Lənkəranski”nin qətlində sifarişçi kimi adı ön sırada hallanan, hazırda həbsdə olan kriminal aləmdə "Şakro Molodoy” kimi tanınan Zaxariy Kalaşov öz adamları vasitəsi ilə bazarların gəlirlərinə sahiblənmək üçün hərəkətə keçib. Həmin ərəfədə Rövşən daimi yaşayış yerini Moskvadan Türkiyəyə dəyişməklə bütün Moskva regionunun meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan bazarlarına birbaşa nəzarəti özünə yaxın "qanuni oğru” Merab Canqveldzenin qardaşı Levan Canqveldzeyə tapşırıb. Moskvanın meyvə-tərəvəz bazarlarına ümumi nəzarət isə Rövşənin Zaur adlı yaxın qohumunun kurasiyasında olub.

Bazarlara nəzarət uğrunda "razborka”da gülləli cavab

2015-ci ildə Moskvadakı topansatış bazarlarına "Şakro Molodoy”un qruplaşmasına daxil olan kriminal avtoritet Vaqif Süleymanov müdaxilələr etməyə başlayıb. "Lənkəranski”nin nəzarətində olan bazarlarda meyvə-tərəvəzin topdan satışı ilə məşğul olan biznesmenlərə hədə-qorxu gəlməklə özlərinin nəzarətində olan bazarlara yönləndirmək cəhdləri olub. "Lənkəranski”nin yaxın ətrafının gözlənilən reaksiyası da çox da gecikməyib. Vaqif Süleymanovun planında əsas rol alanlardan biri, böyük maliyyəyə sahib olan biznesmen Canbulat Şamil oğlu olub. Bu ilin martında Canbulat Şamil oğlu başından güllə yarası almaqla öldürülüb. Bu qətldən sonra onun ölümündə "Lənkəranski”nin əlinin olmasına vəziyyətdən hali olanlardan kimsədə şübhə qalmayıb. Bundan başqa "Lənkəranski”nin Moskvadakı "işlərini” aparan Zaurun qətldən dərhal sonra gücləndirilmiş mühafizə dəstəsi ilə gəzməyə başlaması, Vaqif Süleymanovun bazarlarından meyvə-tərəvəzin topdansatışı ilə məşğul olanların "Lənkəranski”nin bazarlarına kütləvi axınının təmin olunması qətldə bütün oxları ona istiqamətləndirib. Son günlərə qədər davam edən bu "razborka”ların pik nöqtəsinə çatması Rövşənin İstanbulda qətlə yetirildiyi günlərə təsadüf edib.

Üstəlik, "Lənkəranski”nin qətlindən az əvvəl Vaqif Süleymanovun arxasında selueti görünən "Şakro Molodoy” həbsə alınıb. V.Süleymanovun "Şakro”dan başqa "Ded Xasan” və digər nüfuzlu kriminal avtoritet Laşa Şuşanaşvili ilə də yaxşı münasibətlərinin olması xəbəri var. Rövşənin qətlinə qədər onun nəzarətində olan bazarlarda alver edənlər rahat şəkildə, qorxu-hürküsüz öz işləri ilə məşğul ola bilirdilərsə, qətldən dərhal sonra durum ağırlaşıb. Döyülənlər, ölüdürlmək təhlükəsi ilə üz-üzə qalanlar var. Bazarlara topdan meyvə-tərəvəz daşıyan iş adamları çətin durumda nə edəcəklərini bilmirlər. Bir çoxları vəziyyət aydınlaşana qədər işi dayandırıb. Moskvada "Lənkəranski” tərəfdarları ilə opponentlərinin çox ciddi toqquşmalarının olacağı gözlənilir.

Qətl baş verən gecə...

"Rosbalt” vəziyyətdən hali olan mənbəyə istinadən yazır ki, "Rövşən Lənkəranski” Türkiyədə məskunlaşdığı ilk dövrlədə təhlükəsizlik məsələlərinə ciddi riayət edib. Son 1 ildə isə bu məsələyə elə də əhəmiyyət verməyib. İstanbulun Barbaros bulvarındakı otellərdən birinin 1 mərtəbəsinin yarısını kirayələyən "Rövşən Lənkəranski” orada bütün işgüzür söhbətləri aparıb. Əfsanəvi nüfuz sahibini axtaranlar orada xüsusi yoxlamadan keçməklə onunla görüşə biliblər. Geniş tərkibli görüşlər otelin restoranında baş tutub. Belə tədbirlər zamanı restorana şübhəlilərin girişi qadağan olub. Sıradan olan müştərilər isə ümumi yoxlamadan sonra restoranda "yeraltı dünya”nın nüfuz sahibləri ilə qonşu masanı bölüşmələrini ağıllarına belə gətirmədən kəmərlərinin altını bərkidiblər. "Rövşən Lənkəranski”nin Barbaros bulvarındakı həmin oteldə qaldığını çoxları bilib. Onunla kriminal aləmin bir çox nümayəndələrinin görüşü məhz həmin oteldə olub. Bu məlumatlar onu deməyə əsas verir ki, opponentləri "Lənkəranski”nin harada yaşadığını, nə vaxt hara getdiyini ilk cəhddən öyrənmək imkanlarına malik olublar. Qətl baş verən gecə Rövşən oteldə öz yaxın ətrafına daxil olan şəxslərlə görüş keçirib. Görüşdən sonra oteldən çıxan "Rövşən Lənkəranski” qətlə yetirildiyi maşına əyləşib. Rusiya mətbuatında avtomobilin sürücüsünün "Rövşən Lənkəranski”nin sinif yoldaşı olması haqda xəbər var. Qeyd olunur ki, "qanuni oğru” sürücüsünün maşını bir qədər sürətlə hərəkət etdirməsi onun ardınca hərəkət edən, bir növ mühafizə xidmətini həyata keçirən tərəfdarlarını ölümdən qurtarıb. Belə ki, mühafizəçilərin olduğu maşın killerlər "Lənkəranski”nin olduğu maşını güllə-baran etdikdən az sonra olay yerinə çatıblar. Sonradan türk polisi həmin maşında olan şəxsləri saxlayıb. Onlardan biri "Lənkəranski”nin xeyir-duası ilə "qanuni oğru” adını almış, daha çox "Hacı Beyləqanski” kimi tanınan Hacıbaba Talıbxanlıdır.

"Yeraltı dünya”nın yazılmamış qaydalarına görə "qanuni oğru”nun qətli maliyyə məsələləri ilə əsaslandırıla bilməz. Bir məqamda "qanuni oğru”nun maliyyəyə görə qətlinə icazə verilir - bu da "obşak”ın puluna əl uzadılması məsələsidir. "Lənkəranski”nin qətlində bu motivin hallanması belə yersizdir. Odur ki, sui-qəsdlə bağlı ən çox yayılan versiya 2013-cü ildə qətlə yetirilən "Ded Xasan” tərəfdarlarının "cavabı”dır. 2013-cü ilin soyuq yanvarında "Ded Xasan” 15 qramlıq bir neçə qurğuşun parçasını "hədiyyə” alıb dünyadan köçəndə onun tərəfdarları qətldə nüfuz sahibləri "Taro”kimi tanınan Tariel Oniani, Merab Canqveladze, "Lənkəranski”, "Cemo” ləqəbli Camal Mikeladzedən şübhələnmişdilər. Belə nəticəyə gəlmişdilər ki, qətlin ideya müəllifi "Taro”, təşkilatçısı isə "Lənkəranski” olub. Qətlədn sonra belə məlumat yayılmışdı ki, "Ded Xasan”ın qanının axıdıldığı ərazidə "Lənkəranski”nin adamlarından sayılan Ülfət Tağıyev gözə dəyib. Ülfəti həmin qətlin icrası ilə əlaqədar Gürcüstandan Moskvaya Cemonun yolladığını da "Ded Xasan” tərəfdarları öyrənə bilmişdilər. Belə xəbərlər var ki, "Lənkəranski”nin qətli "Ded Xasan” tərəfdarlarının qisas aksiyasıdır.

Qətli kim və niyə sifariş verib?

Bununla belə, "qanuni oğru”nun qətlində digər bir motivin olması da istina deyil. Avqustun əvvəlində yezidi kürdü olan "Şakro Molodoy”un həbsindən sonra "yeraltı dünya”da bütün işlərə kimin rəhbərlik edəcəyi məsələsi geniş müzakirə mövzusuna çevirilib. Afinada yaşayan, "Ded Xasan”ın ölümündən sonra onun tərəfdarları olan "qanuni oğru”ları -Yuriy Piçuqin("Piçuqa”), Vasiliy Xristoforov ("Vasya Voskres”), Dmitriy Çanturiya("Miron”), Valeriy Farizov("Valera Tbilisskiy”), Vitaliy Avdiyan("Vitya Tbilisskiy”) öz ətrafına toplaya bilən gürcü Laşa Şuşanaşvili bu posta ən real namizəd kimi göstərilib. Lakin "Lənkəranski” ilə Merab Canqveladzenin varlığı Laşanın namizədliyinin təsdiqi yolunda böyük bir problem kimi ortalıqda olub. "Rövşən Lənkəranski”nin ölümü Laşanın opponentlərinin güc mərkəzinin aradan qalxması, onun "yeraltı dünya” rəhbərliyinə gedən yolda ciddi problemlərinin ortadan götürülməsi deməkdir.

"İstanbul klanı” dağılmaq təhlükəsi ilə üz-üzə qalıb

Belə məlumatlar da var ki, artıq Antaliyada yaşayan Canqveladzenin də aradan götürülməsi üçün killerlərə sifariş verilib. Əgər onu da aradan götürsələr, şərti olaraq "İstanbul klanı” adlanan qruplaşmaya daxil olan 10-a yaxın "qanuni oğru” faktiki olaraq başsız qalacaqlar. Hazırda həbsdə olan "Taro” həbsdən azad edilənədək Laşanın nüfuz sahibi olan ağır çəkili düşməni olmayacaq. (xalqxeber.az)


Xəbəri paylaş

1 0678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___