Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qara üzüm çəyirdəyi sinəni böyüdürmü?
Tarix: 22-08-2016 | Saat: 01:11
Bölmə:Karusel / Qadınlar / M2 | çapa göndər

Qara üzüm çəyirdəyi sinəni böyüdürmü?

Güzgüyə baxanda özündən razı qalan, özünü gözəl görən hər qadının inamı və cəsarəti daha da artır. Ona görə də qadınlar illər boyu gözəllik naminə ən ağlagəlməz üsullara əl atıblar. Araşdırmalar da göstərir ki, zərif cinsin nümayəndələri estetik cərrahlara ən çox burunlarını bəyənmədikləri, həmçinin sinələrini böyütmək üçün müraciət edirlər.

Əməliyyatlar istənilən nəticəyə tez nail olmağın ən yaxşı yoludur. Əməliyyat olunmaq istəyən və ya buna imkanı olmayan şəxslər sinələrini böyütmək üçün bəzi bitkilərdən istifadə edə bilərlər. Lakin bu bitkilər hər kəsdə eyni dərəcədə effektli nəticə verməyə bilər. Bundan başqa, bitkilər uzunmüddətli istifadə tələb edir. Çünki döşlərin böyüməsi hormonal bir haldır və hər bir şəxsin hormon səviyyəsi və hormon səviyyəsindəki artım və bitkilərin təsiri eyni dərəcədə olmayacaq.

Qara üzüm çəyirdəyi ilə sinə böyütmək bəzi qadınlara müsbət təsir etsə də, digərlərində heç bir effekt verməyib. Heç bir əks təsiri olmadığı üçün istənilən qadın üzüm çəyirdəyini sınaqdan keçirə bilər.

Xatırladaq ki, qara üzüm çəyirdəyinin faydaları 1947-ci ildə fransız kimyaçı Con Masquelier tərəfindən kəşf edilib. Mütəmadi olaraq üzümü çəyirdəyi ilə istehlak edən qadınlar bir müddət sonra döşlərinin iriləşib böyüdüyünü, həmçinin dik və daha sərt olduğunu müşahidə ediblər. Üzüm çəyirdəyi toxumaları gücləndirərək sinələrin erkən sallanmasının da qarşısını alır. Gündə orta hesabla 150-300 milliqram qəbul edilməsi tövsiyə edilən üzüm çəyirdəyi dəri üçün də faydalıdır.


Xəbəri paylaş

2 0228 dəfə oxunub.

Digər xəbərlər
13-03-2015, 21:40 Biz tolerant ölkəyik

bütün xəbərlər
____ Instagram ___