Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov Türkiyənin tanınmış iş adamı ilə görüşdü
Tarix: 20-08-2016 | Saat: 01:05
Bölmə:Karusel / İdman / M2 / Gənclərimiz | çapa göndər
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov Türkiyənin tanınmış iş adamlarından olan, "Sadad Global Real Estate" şirkətinin rəhbəri Hakan Kendirli ilə görüş keçirərək iki qardaş ölkənin gənclərinin qarşılıqlı inteqrasiyası, idman, təhsil və mədəni sahələrdə işbirliyinin qurulması ilə bağlı müzakirələr aparıb.
"Xəbəraz.az " xəbər verir ki, Alaniya şəhərində keçirilən görüşdə xüsusən də, bu bölgədə təhsil alan, yaşayan azərbaycanlı gənclərə "Sadad Global Real Estate" şirkətinin göstərdiyi yardımlar, qarşılıqlı əlaqələrin qurulması istiqamətində görülən işlər müzakirə mövzusu olub.
Hakan Kendirli türk döyüş sənəti olan alpaqut idman növünün Türkiyədə, Alaniyada inkişafına çalışdıqlarını da vurğulayıb: "Hər iki türk xalqının keçmişini, şanlı tarixini əks etdirən, yaşadan alpaqutu dünyanın dörd bir yanından turistlərin axın etdiyi doğma Alaniyamızda təbliğ və tərənnüm etmək bizim borcumuzdur. Bundan başqa, rəhbəri olduğum şirkət azərbaycanlı tələbələrə, o cümlədən burada yaşayan qardaş ölkə vətəndaşlarına hər zaman diqqət göstərərək, onların bütün çətinliklərində dəstək olmağa çalışıb. Ümid edirəm ki, bundan sonra da bu yardımlar, qarşılıqlı əlaqələr davam edəcəkdir".
"Sadad Global Real Estate" şirkətinin rəhbərinin dəvəti ilə Türkiyədə səfərdə olan federasiya prezidenti Aqil Acalov isə azərbaycanlı tələbələrə və Alaniyada yaşayan soydaşlarımıza göstərdiyi qayğı və diqqətə görə Hakan Kendirliyə öz təşəkkürünü bildirib.
Xəbəri paylaş
1 7538 dəfə oxunub.
Digər xəbərlər

11-07-2017, 11:44
Zaur Kamal ailəsi ilə İtaliyada - FOTO
18-11-2021, 08:31
“Azərsu”ya 254 min manat borcu olan şəhərcik: Sakinlərin ödədikləri pullar hara gedir? – VİDEO
3-05-2023, 13:56
18 yaşına çatan bu şəxslərə mənzil verilir
21-09-2016, 10:24
İŞİD-dən növbəti vəhşilik: Üç nəfər çarmıxa çəkildi
6-05-2019, 12:56
Elektrik enerjisinə qoyulan limitlə bağlı əhaliyə ŞAD XƏBƏR
21-07-2017, 11:46
"Dəhşətli gecə yaşadıq" - İradə İbrahimova
1-11-2015, 15:17
Azərbaycanın ən böyük bankında ciddi ixtisarlar olacaq
21-10-2015, 19:58
Hüseyn Salamovun həbsi xəbəri yayıldı
18-02-2018, 12:17
Salyanda ağır qəza: 2 ölü, 2 yaralı
4-08-2017, 14:14
“Qarabağ” pley off da bu komanda ilə qarşılaşacaq