Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacıqabulda VƏHŞİLİK: səkkiz nəfər bir nəfəri linglə öldürdü
Tarix: 18-08-2016 | Saat: 17:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Hacıqabulda VƏHŞİLİK: səkkiz nəfər bir nəfəri linglə öldürdü


Hacıqabulda 46 yaşlı rayon sakini qətlə yetirilib.

Qətl hadisəsi səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Kolanı kənd sakini, 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhəd oğlu qan düşmənçiliyi zəminində 8 nəfər tərəfindən dəmir ling və digər küt alətlərlə döyülərək qətlə yetirilib. Ağır zərbələr alan C.Şirəliyev hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu ötən il avqustun 8-də qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Bu gün səhər saatlarında baş verən qətldə mərhum Habil Ədilovun qardaşları və yaxın qohumları iştirak edib.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (apa)


Xəbəri paylaş

8188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___